Rayon üzrə əhalinin sayı ilin əvvəlindən 1417 nəfər artaraq 2019-cu il oktyabr ayının 1-i vəziyyətinə 227197 nəfərə çatmışdır. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 315 nəfər olmuşdur. Əhalinin ümumi sayının 22,6 faizi şəhər, 77,4 faizi kənddə yaşayır, 50,8 faizini kişilər, 49,2 faizini isə qadınlar təşkil edir.
          Cari ilin doqquz ayı ərzində rayon qeydiyyat şöbəsi tərəfindən 2347 doğulan körpə qeydə alınmışdır, onların 50,9 faizi və ya 1196 nəfəri oğlan, 49,1 faizi və ya 1151 nəfəri qızdır.
          Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına rayon Statistika İdarəsindən göndərilən müəllif məktubunda qeyd edilir ki, carı ilin yanvar-sentyabr aylarında rayonda 921 ölüm, 938 nikah və 267 boşanma halları qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölənlərin sayı 220 nəfər, nikaha daxil olanların sayı 95 nəfər olmuşdur. Cari ilin yanvar-sentyabr ayları ərzində müvafiq qurumlar tərəfindən rayona yaşamaq üçün 62 nəfər gələn və 71 nəfər gedən qeydə alınmış və miqrasiya saldosu mənfi 9 nəfər təşkil etmişdir.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az