Kolatan ərazisinin "Sığaçola" adlanan ərazisində çay plantasiyasına aqrotexniki xidmət göstərilir
    Sığaçoladakı 100 hektar çay plantasiyasında işin ahəngi bir an dayanmır. Əmək adamları yüksək məhsuldar sahələrə malik olmaq üçün bu günlər plantasiyalarda seyrəkliy aradan qaldırmağa səy edirlər.
    “Azərsun –holdinq” şirkətinin məsul işçisi Altay Abbasovdan aldığımız məlumata görə bu məqsədlə yetişdirilmiş keyfiyyətli şitillər cərgələrin seyrək yerlərinə köçürülür. Çayçılar 70 hektar sahədə təmiri başa çatdırıblar.
    Bu aqrotexniki tədbirdən sonra plantasiyalarda qış becərməsinə başlanacaq.
    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına  göndərilən müəllif məktubunda qeyd edilir ki,  Kollektiv yayda kolları quraqlıqdan qorumaq məqsədilə daha bir göl yaratmış, bir neçə su çəni əldə etmişdir.
    Plantasiyaların ətrafında salınmış feyxoa bağlarından yığılan məhsul çay ustalarına paylanmışdır.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az