25 noyabr 2019-cu il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində yeniyetmələr arasında “Xəmsə” Milli intellektual oyunu üzrə VII Azərbaycan Çempionatının rayon seçim turu keçirilmişdir
    Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək yeniyetmələrin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanmasında bu tip tədbirlərin rolundan danışıaraq iştrakçılara uğurlar arzulamışdır.
    Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək yarışın əsas məqsədinin gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdən ibarət olduğunu vurğuladılar.
    Gərgin və mübarizə şəraitdə keçən bilik mübarizəsinin sonunda I yeri Mahmudavar kənd tam orta məktəbin “Elm” komandası, II yerə C.Qasımov adına Banbaşı kənd tam orta məktəbinin “Cəm-Cəm” komandası , III yerə Ə.Bəylərbəyov adına Xıl kənd tam orta məktəbinin “Zəfər ” komandası layiq görülmüşdür. Fərqləndiyinə görə isə X.Məmmədov adına Xırmandalı kənd tam orta məktəbinin “Zirvə” komandası diplomla mükafatlandırılmışdı. Qalib komandalar Rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin , diplomları ilə təltif edilmişdir.
    Qeyd edək ki, Qalib gəlmiş üç komanda Lerik rayonunda keçiriləcək yeniyetmələr arasında “Xəmsə” Milli intellektual oyunu üzrə VII Azərbaycan Çempionatının Zona mərhələsində iştrak edəcək.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az