“Hüquqi Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq!” layihəsi çərçivəsində Masallı şəhərində uşaqlar və yeniyetmələr üçün təlim keçirib.
    Maarifləndirmə tədbirində çıxış edən ”Hüquqi Yardım” İctimai Birliyinin hüquqşünası İlqar Qasımov, təlimçi Qafar Cəfərov və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin məsul əməkdaşı, polis mayoru İbrahim Əhmədov insan alveri və onun uşaq və yeniyetmələrin həyatında buraxdığı acı nəticələr, insan alverinin fəsadları, onun həyata keçirilməsinin forma və metodları, üsul və vasitələri barədə danışıblar.
    Təlim məşğələsində, həmçinin yeniyetmə və uşaqlara insan alveri anlayışı, insan alveri qurbanları, potensial qurbanlarla işləmə prinsipləri və qaydaları, qurbanların sosial və hüquqi müdafiəsi, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə ətraflı məlumat verilib.
    Tədbirdə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” ətraflı təhlil edilib, Masallı rayonu ərazisində fəaliyyət göstərən ictimaiyyət üzvləri üçün insan alveri ilə mübarizə barədə dolğun bilgilər verilib.
    İnteraktiv şəraitdə davam edən təlimdə iştirakçıların çoxsaylı sualları təlimçilər tərəfindən cavablandırılıb.
    Sonda tədbir iştirakçılarına “Uşaq və yeniyetmələri insan alverinin fəsadlarından qoruyaq!” adlı bukletlər paylanılıb.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az