Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən "Azərbaycan Könüllülük Həftəsi"nə 1 dekabr tarixində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə "Şəhidimiz" kompaniyası ilə start verilib.
    Masallı rayonunda yerləşən müxtəlif təşkilatların könüllüləri bu aksiyada iştirak ediblər. "Şəhidimiz" aksiyası çərçivəsində Qəhrəmanlar Parkına və şəhid ailələrinə ziyarət təşkil olunmuşdur.
    Xatırladırıq ki, “Şəhidimiz” kampaniyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 fevral tarixində gənclərlə görüşü zamanı gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gəncin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində başlanılmışdır. Ənənəvi olaraq, gənclər “Şəhidimiz” devizi ilə bayramlarda və əlamətdar günlərdə şəhid ailələrini ziyarət edirlər.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az