03 dekabr 2019-cu il tarixdə S.Hacıyev adına Viləş kənd orta məktəbində şəhid Sehran Hacıyev və Nurlan Əsgərovun doğum günləri ilə əlaqədar tədbir keçirilib.
    Tədbirdə Masallı RİHB aparatının məsul işçiləri, kənd sakinləri, ağsaqqal və ziyalılar, şəhid valideynləri, müəllim və şagirdlər iştirak etmişlər.
    Öncə Dövlət Himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Anım tədbirini giriş sözü ilə məktəbin müəllimi Oqtay Həsənov açıb.
    Masallı RİHB-nin Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alim Ələmov şəhidlərin keçdiyi qısa,lakin şərəfli ömür və döyüş yollarından danışmışdır.
    Masallı RİHB-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev respublikada şəhidlərin xatirəsinə, şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açaraq bu mənada Masallı rayonunun seçilən bölgələrdən olduğunu bildirmişdir.
    “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Masallı RTŞ-nin əməkdaşı Abbas Abbaszadə, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev şəhidlərimizin həyatının böyüməkdə olan gənc nəslə örnək olduğunu vurğulamışlar.
    Viləş kənd tam orta məktəbinin direktoru Habil Qənbərov, müəllimlər Rəfiqə Əliyeva, Şəkər Əsgərova Viləş gənclərinin, eləcə də şəhidlərinin Qarabağ savaşında göstərdikləri şücaətdən, gənc nəslin vətənpərvər ruhda böyüməsi ücün görülən işlərdən, şəhid N.Əsgərlinin valideynləri Bayram və Ziba Əsgərovlar, şəhid Rəşid Baxşəliyevin anası Çimnaz Baxşıliyeva, Nurəddin Mirzəyevin atası Etimad Mirzəyev ulu öndərin şəhidlərə verdiyi yüksək qiymətdən, ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışmışlar.
    Anım tədbirində məktəblilərin ifasında şəhidlərə ithaf olunmuş seirlər, nəğmələr səslənmiş, hazırladıqları kompozisiya iştirakçılara təqdim olunmuşdur.
    Tədbir iştirakçıları şəhidlərin məzarları üstünə gül dəstələri qoymuş, xatirlərini ehtiramla yad etmişlər.
     
    
     
    
     
    
     
    
                                                                                                                

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az