03 dekabr 2019-cu il tarixdə Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyev məfkurəsinin gənclər arasında təbliğ olunması ilə əlaqədar olaraq Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusunda konfrans keçirilmişdir.
    Əvvəlcə Tədbir iştrakçıları Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
    Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Azərbaycanda Dövlət Gənclər siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edərək bildirdi ki, Dahi şəxsiyyət Ölkəmizə rəhbərliyinin bütün dövürlərində gənc nəslin əsil himayədarı olmuşdur. Sosial-iqdisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştrakının təmin olunmasını diqqət mərkəzində saxlamışdır. Bu gün Ölkəmizdə o cümlədən Masallı rayonunda Ulu öndərin Dövlət gənclər siyasəti uğurla davam etdirilir. Gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Elm və Təhsil ocaqları, Gənclər Mərkəzləri, idman kompleksləri tikilib gənclərin istifadəsinə verilib. Bunun nəticəsidir ki, Masallı rayon gəncləri ictimai həyatın bütün sahələrində fəal iştrakları ilə seçilir. Beynəlxalq miqiyaslı yarışlar və tədbirlərdə Ölkəmizi layiqincə təmsil edir.
    Tədbirdə Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov çıxış edərək bildirdi ki, Bu gün bütün dünya azərbaycanlıları milli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir. O indi aramızda olmasa da, yoxluğuna inanmaq çox çətindir. Ürəyi daim xalq üçün, Vətən üçün döyünən Ulu Öndər Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuzu nurlandırır.
    Tədbirdə fəal gənclərdən Abı Bağırov,Şəfa Vəliyeva və başqaları çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişindən və Azərbaycan xalqı üçün misilz xidmətlərindən danışdılar
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az