03 dekabr 2019-cu ul tarixdə Masallı rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilmişdir.
    "İlqar Plaza" şadlıq sarayında keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları, əlaqədar təşkilatların nümayəndələri və əlillər iştirak etmişlər.
    Tədbirdə Masallı RİH başçısı Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını vurğulayıb. Bu gün dövlət başçısı əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam qovuşması üçün maksimum əlverişli şərait yaradılmasına daim diqqət yetirir.
    Rayon rəhbəri qeyd edib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, sosial cəhətdən həssas qruplarla bağlı sosial proqramlar geniş miqyas alıb. İcra başçısı bu cür tədbirlərin əlilliyi olan şəxslərə böyük stimul verdiyini diqqətə çatdırıb. O, bu işlərin təməlini ümummilli lider Heydər Əliyev tərəfindən quyulduğunu qeyd edərək onun htəzədən akimiyyətə qayıtması ilə əlillərin sosial müdafiəsi,  onların həyatına, sağlamlığına dövlət dəstəyi sosial siyasətdə öncül məsələyə çevrilmişdir.
    Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Cəmiyyətinin sədri Nahid Rəhimov, Əlil Qadınlar Cəmiyyəti Masallı rayon şöbəsinin sədri Əminə Abıyeva, Masallı «Asan xidmət» Mərkəzinin əməkdaşı, əlil İlahə Əlibəyli, Masallının "Günərzi" mərkəzinin əlili Rəna İsayeva və başqaları əlillərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Onlar hər il bu kateqoriyadan olan vətəndaşların pensiya və müavinətlərinin artırılması, onların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ölkəmizdə ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb, bu sahədə görülən işlərdən bəhs edərək rayonda yaşayan əlillərin sosial problemlərinin həllinə diqqət artırıldığını vurğulayıblar. Çıxış edənlər bildiriblər ki, Masallıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 76 mənzilli üç yaşayış binası tikilərək istifadəyə verilib, onlar üçün üçün fərdi evlər inşa olunub və bu iş davam etdirilir.
    Bayram süfrəsi ətrafında 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr edilmiş tədbir Masallı Rayon Regional Mədəniyyət və Turizm İdarəsinin incəsənət ustalarının çıxışı ilə davam etdirilib.

    

    
     
     
    
     
    
     
    
     
    
     
    
     
    
     
    
     
                                                                   

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az