Masallıda “Narkomaniya -insanlığın bəlasıdır” mövzusunda “İnşa-yazı” müsabiqəsi keçirilmişdir.
 05 dekabr 2019-cu il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Ümumdünya QİÇS-lə Mübarizə Günü”nə həsr olunmuş “Narkomaniya-insanlığın bəlasıdır” mövzusunda “İnşa-yazı” müsabiqəsi keçirilmişdir
    Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək QİÇS-in infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biri olduğunu qeyd etdi, narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri həmin sosial bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamılıqla mübarizə aparmağın, yeniyetmə və gənclər arasında maarifləndirmə işlərini daim diqqət mərkəzində saxlamağın, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməyin vacibliyini vurğuladı. Ölkəmizdə gənc nəslə həmişə böyük qayğı ilə yanaşıldığını bildirən İdarə rəisi Camal Manafov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən Dövlət siyasətindən və Dövlətin dəstəyi ilə gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı ciddi işlər görüldüyündən bəhs etdi, gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırdı.
    Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Əkbər Mahmudov,Güllütəpə kənd tam orta məktəbinin müəllimi Rövşən Muxtarov, X.Məmmədov adına Xırmandalı kənd tam orta məktəbinin direktoru Kamal Təhməzov çıxış edərək Ölkəmizdə sağlam həyat tərzinin geniş təbliğindən və gənclərə QİÇS və onunla mübarizə üsulları barədə danışıblar.
    Tədbirdə gənclərdən Yeddioymaq 1 saylı tam orta məktəbin X sinif şagirdi Quliyeva Gövhər Ramil qızı , Ə.Bağırov adına Ərkivan qəsəbə 4 saylı tam orta məktəbin X sinif şagirdi Əmənov Namiq Ziyafət oğlu çıxış edərək tədbirin təşkilinə görə öz dərin minnətdarlığlarını və bu səpkidə keçirilən tədbirlərin bundan sonrada keçirilməsini bildirdilər.
    Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib:
    Yeniyetmələr arasında Ə.İbadov adına Tüklə kənd tam orta məktəbinin IX sinif şagirdi Şabanova Fatimə Fəzail qızı birinci yerə, Şəhər 3 saylı tam orta məktəbin VIII sinif şagirdi Şirinov Hafiz Araz oğlu ikinci yerə, X.Məmmədov adına Xırmandalı kənd tam orta məktəbinin IX sinif şagirdi İbrahimli Məryəm Elnur qızı üçüncü yerə layiq görülüb .Fərqləndiyinə görə isə T.Bayraməlibəyov adına Yeddioymaq 2 saylı tam orta məktəbin IX sinif şagirdi Alışov Mehti Səxavət oğlu Diplomla mükafatlandırılıb.
    Gənclər arasında F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinin XI sinif şagirdi Rzayeva Əsbət Firdovsi qızı birinci yerə, R.Əzizov adıan 1 saylı Yeddioymaq kənd tam orta məktəbinin X sinif şagirdi Quliyeva Gövhər Ramil qızı ikinci yerə, B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbin X sinif şagirdi Cəfərova Zəhra Rüfət qızı üçüncü yerə layiq görülmüşdür.
    Müsabiqədə qalib gəlmiş hər bir iştrakçı Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsi tərəfindən diplomlarla təltif olunmuşlar
     
    

    

    

    

                                                                                                                    

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az