Haqqımızda/Əlaqə


Tarixi və memarlıq abidələri haqda məlumat


Masallı tarixinin güzgüsü 1952-ci ildən rayonun Hişkədərə kəndində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyidir. Muzeyin palentologiya, etnoqrafiya, numizmatika, arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır.
Rayonun Ərkivan, Hişkədərə, Boradigah, Tatyan, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Bambaşı, Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər, Öncəqala, Köhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə yerləri aşkar edilmişdir.Bu ərazilərdən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid xeyli miqdarda maddi-mədəniyyət nümunələri toplanmışdır. Bütün bunlar Masallı (Hişkədərə) Tarix-Diyarşünaslıq muzeyində mühafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur. Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar, məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeloji, qalanları isə XX əsr abidələridir. Masallı rayonunda aşağıdakı tarixi və memarlıq incəsənət abidələri mövcuddur: 1. XIV əsrə aid Hişkədərə kəndində Nəzirə Xanım türbəsi; 2. III - IX əsrlərə aid Mahmudavar kəndində türk yaşayış yeri arxeoloji abidə; 3. IX - X əsrlərə aid "Ərkivan qalası"; 4. Orta əsrlərə aid Qarğalıq ərazisində Şəhriyar yaşayış yeri; 5. XIX əsrə aid Masallı şəhər Cümə məscidi; 6. XIX əsrə aid Boradigah məscidi; 7. XIX əsrə aid Qızılavar məscidi; 8. XIX əsrə aid Masallı şəhərində hamam; 9. XIX əsrə aid Güllütəpə kəndində Əmir türbəsi; 10. XIX əsrə aid Ərkivan kəndində Mehti bulağı; 11. XIX əsrə aid Sığdaş kəndində Mirsəli ocağı; 12. XVI əsrə aid Mahmudavar kəndində Baba Seyidağa türbəsi; 13. XIX əsrə aid Şıxlar, Qodman, Mahmudavar, Yeddioymaq və Hüseynhacılı kəndlərində dağ-qoç fiquru; 14. Tunc dövrünə aid Hişkədərə kəndində Qaraxantəpə, Qoşatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanları; 15. Tunc və Dəmir dövrlərinə aid Təzə Alvadı kəndində Məmmədtəpə, İstiottəpə, Alıtəpə kurqanları; 16. XXI əsrə dair Ərkivan kəndində Mir Seyid Sadiq Ağa məqbərəsi; 17. Hişkədərə kəndində iyirmi minə yaxın eksponatı olan Tarix-Diyarşünaslıq muzeyi; 18. Orta əsrlərə dair Ninalov kəndində Səhhət qalası; 19. XX əsrə dair Ərkivan kəndində Şəhsəfi bulağı.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff