Masallıda cüdo idman növü üzrə rayon açıq birinciliyi keçirilib
    28-29 dekabr 2019-cu il tarixlərdə Masallı cənub bölgəsi üzrə Cüdo təlim-məşq mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş uşaqlar və azyaşlı yeniyetmələr arasında cüdo idman növü üzrə Masallı rayon açıq birinciliyi keçirilmişdir.
    Tədbirin mükafatlandırılma mərasiminda Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək əvvəlcə idmançıları salamlamış və qarşıdan gələn 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə bütün idmançıları təbrik etmiş onlara bu yarışda və 2020-ci ildə keçirilən bütün yarışlarda uğurlar arzulayaraq , daima uca zirvələri fəth etməyi Azərbaycanın üçrəngli bayrağını yüksək arenalarda dalğalandırmağı arzuladı.
    20 çəki dərəcəsində iki yaş qrupu üzrə 120 nəfərdən artıq idmançının iştrakı ilə keçirilən yarış olduqca gərgin və mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda Masallı idmançıları ilə yanaşı Bakı “Neftçi”, Bakı “Yasamal” ,Lənkəran və Biləsuvar şəhər və rayonlardan gələn idmançılarıda öz qüvvələrini sınamışlar yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılmışlar.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az