29 dekabr 2019- cu il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüs və dəstəyi ilə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı rayonunun Kəlbəhüseynli və Sığıncaq kənd tam orta məktəblərində dərslərində xüsusi fəallğı ilə seçilən, fiziki imkanları məhdud və aztəminatlı məktəblilər üçün bayram hədiyyələri paylanılmışdır.
    Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək uşaqları səmimi qəlbdən salamlayaraq, onlara ən xoş arzularını çatdırdı və onları qarşıdan gələn "Yeni il" və "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibətilə təbrik edərək yen ildə məktəb həyatında uğurlar arzuladı.
    Keçirilən tədbirin sonunda Masallı rayonunun 2 kənd məktəbindən olmaqla 100 nəfərdən artıq uşaq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin bayram hədiyyələri ilə şaxta baba tərəfindən sevindirildilər
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az