31 dekabr - Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Masallı rayonunda bir sıra silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də 31 dekabr 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin binası önündəki meydanda keçirilmişdir.
    Möhtəşəm bayram tədbirində Masallı Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul işçiləri, ictimaiyyət  nümayəndələri, rayon ağsaqqalları, ziyalıları, idarə müəssisə və təşkilat rəhbərləri, təhsil və səhiyyə işçiləri, tələbələr, məktəblilər və minlərlə rayon sakini iştirak etmişdir.
    Meydana dəvət olunan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov tədbir iştirakçılarını salamladı və bütün masallıları 31 dekabr - Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  münasibətilə təbrik etmişdir.
    Şənliyin aparıcısı 31 dekabr - Dünya azərbaycanlılarının Həmrəyliyi Gününün təsisçisi və yaradıcısı ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarına olan diqqətindən və bu həmrəyliyi günü-gündən möhkəmləndirən cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinin səmərəli nəticəsini tədbir iştirakçılarının diqqətinə çatdırmış, ötən il ərzində rayonumuzun əldə etdiyi uğurlardan söz açmışdır.
    Tədbir Masallı rayon Regional Mədəniyyət İdarəsi özfəaliyyət kollektivi və rayonun tanınmış musiqiçilərinin ifasında rəngarəng konsert proqramı ilə davam etmişdir.
    Xalq artisti Nisə Qasımovanın oxuduğu şux mahnılar çənliyi daha da rövnəqləndirmişdir. Bakılı məşhur müğənninin oxuduğu nəğmələr masallılı tamaşaçılara xoş ovqat bağışlamışdır.

    

    

    

    

    

    

    

    

    

    

    

    

    

    

    

                                                                                                                    


Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az