01 - 04 yanvar 2020-ci il tarixlərdə Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət Mərkəzində Yeni il münasibəti ilə silsilə tədbirlər həyata keçirilmişdir.
           Tədbir məktəblilərin qış tətili günlərində Masallı rayon Regional Mədəniyyət İdarəsinin özfəaliyyət kollektivi və rayonun tanınmış musiqiçilərinin ifasında rəngarəng konsert proqramı ilə davam etmişdir.
          Mərasimdə xoş əhval-ruhiyyə və əsl bayram ovqatı yaşanıb. Rayonun incəsənət ustalarının iştirakı ilə təşkil olunan bayram konserti uşaqların sevincinə sevinc qatıb. Bir neçə gün ərzində gündəlik olaraq keçirilən silsilə bayram konsertinə yanvarın 6-da yekun vurulacaqdır.
          Rayon ictimaiyyəti və məktəblilər bu tədbirlərdən məmnun qaldıqlarını bildirmişlər.


    


    

    

    

                                                                                                                    

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az