05 yanvar 2020-ci il tarixdə Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət Mərkəzində Yeni il münasibəti ilə silsilə tədbirlərə yekun vurulmuşdur.
          Bayram şənliyinin bağlanış mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova iştirak etmiş, məktəblilərin Yeni ilini rayonun rəhbəri cənab Şahin Məmmədovun adından təbrik etmiş və onlara dərslərində müvəffəqiyyətlər arzulamışdir.
            Xəbər verdiyimiz kimi bayram tədbirləri məktəblilərin qış tətili günlərində Masallı rayon Regional Mədəniyyət İdarəsinin özfəaliyyət kollektivi və rayonun tanınmış musiqiçilərinin ifasında rəngarəng konsert proqramı ilə davam etmişdir.
          Bağlanış mərasimdə xoş əhval-ruhiyyə və əsl bayram ovqatı yaşanıb. Rayonun incəsənət ustalarının iştirakı ilə təşkil olunan bayram konserti uşaqların sevincinə sevinc qatıb. Bir neçə gün ərzində gündəlik olaraq keçirilən silsilə bayram konsertlərində fəal uğaqlara Yeni il suvenirləri və hədiyyələr paylanmışdır.
          Rayon ictimaiyyəti və məktəblilər bu tədbirlərdən məmnun qaldıqlarını bildirmişlər.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az