07 yanvar 2020-ci il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısının Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.
    Yığıncaqda məruzə ilə çıxış edən Masallı rayon İcra hakimiyyəti başçısının Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsrafil Əliyev bildirmişdir ki,  Sığdaş ərazisi Sığdaş,  Xanalion, Babakücə və Ninalov kəndlərini əhatə edir. Əhalisi 4228 nəfər, təsərrüfatların sayı 1011  olmaqla 745 yaşayış evi vardır. 2019-cu ildə ərazi üzrə əhalinin sayı 28 nəfər artmış, 3 yeni fərdi yaşayış evi tikilmişdir.
    2019-cu ildə nümayəndəlik tərəfindən 2 erkən nikah halı  baş verməsinin qarşısının alınması məqsədi ilə Masallı RİHB-nın inzibati komissiyasına və rayon Polis şöbəsinə müraciət olunmuşdur.
    Qarabağ uğrunda döyüşlərdə 6 gəncimiz şəhid və 6 gəncimiz isə əlil olmuşdur. Şəhid ailələri və Qarabağ əlilləri həmişə qayğı ilə əhatə olunur. Müqəddəs gün və bayramlarda  onların xatirələri daima  əziz tutulur, onlar həmişə ehtiramla yad edilir.
    Ərazidə 1 tam orta,  1 ümumi orta məktəb fəaliyyət göstərir. Məktəblərdə 481  şagird təhsil alır, onların təlim tərbiyəsi ilə 47  müəllim məşğul olur.
    2018-2019-cu  tədris ilində 11-ci sinfi bitirmiş 12 məzundan 7 nəfər ali məktəbə, 3 nəfər orta ixtisas məktəblərinə  daxil olmuşdur. Xüsusi ilə qeyd etmək  istəyirəm ki, ali məktəbə qəbul olmuş   məzunlardan  Şəhla Zöhrab qızı Sadıxova respublikada keçirilən Azərbaycan dili və Ədəbiyyat üzrə  Fənn Olimpiyadasında  espublika üzrə 3-cü yerə layiq görülmüş, bütün fəndlərdən və imtahanlardan əla qiymət aldığı  üçün  məktəbimizin tarixində ilk dəfə olaraq Qızıl medala layiq görülmüşdür. Ötən tədris ili üzrə  Şəhla Sadıxova rayon üzrə Qızıl medala layiq görülmüş yeganə məzun olmuşdur.
    Ninalov kəndi istisna olmaqla ərazinin digər 3 kəndinə qaz xətləri çəkilmiş sayğaclar quraşdırılmış və 658 abonent mavi yanacaqla təmin edilmişdir.
      Sığdaş kənd inzibati ərazi dairəsi 1182 hektar torpaq sahəsindən ibarətdir.Bunun 507 hektarı payı bəlli, 321  hektar bələdiyyə mülkiyyəti, 354 hektarı isə kəndaltı və digər torpaqlarıdır.
    Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Xüsusi təsərrüfatlarda  iri buynuzlu mal-qaranın sayı 2026 baş, xırda buynuzlu mal-qaranın sayı isə 2428  baş olmuşdur ki, buda keçən illərə nisbətdə artmışdır.
    Ərazi üzrə 507 hektar əkinə yararlı torpaq sahəsindən 2019-cu ilin məhsulu üçün 150 hektar sahəyə şum vurulmuş həmin sahədən 140 hektar əkin aparılmış, bundanda 90 hektar buğda, 30 hektar arpa, 2 hektar qarğıdalı, 1,5 hektar noxud, 0,5 hektar lobya, 0,5 hektar  mərci, 1 hektar lərgə, 1 hektar kələm, 1 hektar tütün, 1 hektar paxla, 0,5 hektar zəfəran, 2,5 hektar kartof, 1,5 hektar xiyar, 1,5 hektar pomidor,  1,5 hektar baş soğan, 2,5 hektar sarımsaq,  1,5 hektar sair bitkilər  əkilmişdir. Ərazidə çayçılığı inkişaf etdirmək məqsədilə əlaqədar 50 hektar yeni çay plantasiyası salınması nəzərdə tutulmasına baxmayaraq, ərazi nümayəndəsi tərəfindən 120 hektar torpaq sahəsi  müəyyənləşdirilmiş, həmin torpaq sahibləri ilə görüşlər keçirilmiş, onlardan ərizələr və digər lazımi sənədlər alınmışdır. Xanalion kəndində Mirqasım Bağırovun  yaxından köməkliyi ilə 40 nəfər pay sahibinin 31,5 hektar torpaq sahəsi birləşdirilərək kooperasiya yaradılmışdır. Sığdaş kəndində isə 19 nəfər pay sahibinin 15 hektar torpaq sahəsi birləşdirilərək kooperasiya yaradılması üçün hazırdır.
    Sığdaş kənd inzibati ərazi dairəsində də 3 sututarda təmir-bərpa işlərinin aparılması və 2 yeni sututarın yaradılması nəzərdə tutulmuşdur.
       Sığdaş kəndində 2019-cu ildə 4 qutu, 84 qram çəkidə olan barama saxlanıldı və 161 kiloqram məhsul təhvil verildi. Bundan başqa baramaçılığın gəlir gətirən sahəyə çevrilməsinə dəstək məqsədilə  Xanalion kəndində 500 ədəd Çin Xalq Respublikasından gətirilmiş tut ağacı tingi və Sığdaş kənd tam orta məktəbinin həyətində isə 200 ədəd yerli tut ağacı tingi əkilmişdir.
    23 dekabr 2019-cu il tarixdə bələdiyyə seçkiləri keçirildi. 9 nəfərdən ibarət  yeni bələdiyyə tərkibi seçilmişdir. Ərazinin girişindən Mürsəli ocağına qədər olan mərkəzi yolun və ərazinin girişindən Xanalion kəndinə qədər yolun kənarları təmizlənərək abadlıq işləri aparılmışdır. Sakinlər öz həyətyanı torpaq sahələrinin ətrafını tullantılardan təmizləmişlər. Ərazinin 4 kəndində su aparıcı kanallar kənd camaatı və bələdiyyənin köməyi ilə təmizlənmişdir.
        Sığdaş kəndində xeyriyyəçilərimizin vəsaiti hesabına 12000 (on iki  min)  manat dəyərində 1 kilometr mərkəzi yola  işıqlandırma sistemi quraşdırılmış, Xanalion kəndində plastik borular vasitəsi ilə 30000 manat dəyərində 5 kilometr məsafədən içməli  su xətti çəkilərək vətəndaşların istifadəsinə verilmişdir. Xanalion  kəndində, xeyriyyəçilərin  və bələdiyyənin vəsaiti hesabına kəndin mərkəzi yoluna dəyəri 26000 manat olan 4,3  kilometr  işıqlandırma sistemi quraşdırılmşdır. Bədəlan-Xanalion mərkəzi yolu asfalt örtüklə təmir olunmuş,  Sığdaş- Babakücə kəndinin məktəb  yoluna və  yeni məhəllə yoluna çınqıl döşənmişdir. Sığdaş- Ninalov yolu genişləndirilərək vətəndaşların vəsaiti hesabına təmir olunmuş və yolun kənarında su aparıcı kanallar qazılmışdır.
          İmadəddin Nəsiminin 650 illiyi yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci  vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 650 min ağac əkilməsi kompaniyası çərçivəsində ağac əkmə ənənələri ərazimizdə də davam etdirilmişdir. Sığdaş ərazisi üzrə  300 ədəd ağac əkilmişdir. Bundan 230 xan çinar, 70  ədəd şam və küknar ağacı əkilmişdir.
    Yeni EATS-lərin quraşdırılması və yararsız  rabitə dirəklərinin dəyişdirilməsi, Xanalion kəndində feldşer-mama məntəqəsinin inşa olunması, ərazinin Ninalov kəndinin  mavi yanacaqla təmin edilməsi, Ninalov kəndində modul tipli yeni məktəb binasının tikilməsi, ərazidə  3 sututarda təmir-bərpa işlərinin aparılması və 2 yeni sututarın yaradılması, ərazidə elektrik xətlərinin və dirəklərinin, həmçinin transformatorların təmir edilməsi, kənd ara yolların təmir edilməsi, ərazi dairəsində aqrar sahənin inkişafı üçün vətəndaşlar arasında maarifləndirmə işlərinin daha da gücləndirilməsi və kənd təsərrüfatı üzrə yeni əkinçilik strukturunun yaradılması, zəbt edilmiş torpaqların zəbtdən azad olunması və bu kimi məsələlərin həlli qarşıda duran vəzifələrimizdir.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az