Haqqımızda/Əlaqə


Masallı rayonu Bakı-Astara magistral şossesinin 232 kilometrliyində yerləşir. Relyefinə və təbiətinə görə respublikanın səfalı və füsunkar guşələrindən biridir. Bir tərəfi qədim Talış dağları və meşələri ilə bir tərəfi Xəzər dənizi ilə əhatə olunmuşdur.
Bütün bunlar Masallıda turizmin inkişafı üçün gözəl zəmin yaradır. Yüz illər bundan əvvəl ətraf və uzaq yerlərdən gələn insanlar müalicə məqsədi ilə Masallının yerin altından çıxan qaynar suyundan istifadə etmişlər.Turizm zonası yaradılması üçün əlverişli təbii şəraitə malik rayon beynəlxalq standartlara cavab verən turist xidməti göstəricilərinə, yerli və xarici qonaqları qəbul etmək imkanlarına malikdir.
Bunlardan”Dəştvənd” oteli Masallı rayon Ərkivan qəsəbəsində yerləşir. Otelin bütün otaqları Avropa üslubunda təmir edilmişdir . Oteldə konfrans-zal, restoran və bar, sauna, süni göldə qayıq sürmə və hovuz, mini zoopark, 5 yeni müasir kottec , müasir standartlara cavab verən sadə idman qurğuları var.
“Nağıl dünyası” rayonun Qəriblər ərazisində yerləşir. Beynəlxalq standartlara uyğun təmir olunmuş, sauna və restoranı var.
“İsti-su” sanatoriyası Talış meşələri ərazisində Viləş cayının sahillərində yerləşir. Kükürdlü çeşmələri hesabına,tərkibinə görə sonsuzluq, dəri-zöhrəvi, yel xəstəliklərinin müaliçəsi üçün misilsiz faydası olan sanatoriyadır. Müalicəvi əhmiyyətli vannalar, gəzintilər, kafe, bar, restoran, park, sadə idman qurğuları., ticarət və iaşə meydançaları var.
“Zirvə”,”Qaya”,”Beş qardaş”,”Yanar dağ”.”Turist”,”Nil bağı” Talış meşələrində yerləşir. Bu obiyektlər Avropa standartlarına uyğun təmir olunmuşdur. Bu turist obiyektlərində kafe, bar, hovuz, kotteclərvə sadə idman qurğuları var. Ümumyyətlə Talış meşələrində 31 turizm-istirahət obiyektləri faliyyət göstərir.
Rayon mərkəzində sadə idman qurğuları, Anatoli Banişevski adına futbol stadionu fəaliyyət göstərir. Rayonda turizmin və idmanın inkişaf perspektivlərinin nəzərə alan möhtərəm Prezident İlham Əliyev göstərişi ilə 2004-cü ildə müasir tipli Olimpiya kompleksinin tikintisinə başlanmış və 2007-ci ildə masallıların istifadəsinə verilmişdir.
Turist mərkəzlərində qonaqların mənalı istirahəti, müxtəlif idman növləri və əyləncəli proqramla məşğuliyyəti üçün hər cür şərait yaradılıb.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff