Güllütəpə

Kəndin adı: 
Güllütəpə

Əhalisi: 
2370 nəfər

Ərazisi: 
460 ha

Coğrafi mövqeyi:  
Güllütəpə kəndi Masallı rayonunun şimal qərbində dağətəyi ərazidə yerləşir.

Kəndin əsas məşğuliyyəti: 
Güllütəpə kəndinin əhalisi əsasən qonşu Banbaşı kəndindən heyvandarlığı inkişaf etdirmək üçün gələrək burada məskunlaşmışlar. Bu da təxminən XIX əsrin ikinci yarısına təsadüf edir. Kolxozlaşma dövrünə qədər əhali heyvandarlıq və qismən əkinçiliklə məşğul olublar. Sonra heyvandarlıq fermaları tikilir və tütün, taxıl və çəltik əkini ilə məşğul olublar. İlk kolxoz sədri 1936-cı ildə Mürsəl Fətullayev seçilib. Hal-hazırda əhali əkinçilik və maldarlıqla məşğul olur

Həmsərhəd olduğu kəndlər:
Şimaldan Cəlilabad rayonunun Həziabad kəndi, cənubdan Tatyanoba və Əmirtürbə kəndləri, şərqdən Köhnə Alvadı kəndi və qərbdən isə Yeni Zuvand kəndləri ilə həmsərhəddir.

Kəndin adının mənası: 
 
“Güllütəpə” adı kəndin qərbindəki təpədə çoxlu yabanı qızıl güllərin bitməsinə görə bu ad kəndə verilmişdir.

Kənddə ilk məktəbin açıldığı tarix: 

Güllütəpə kəndində ilk 8 illik məktəb 1961-ci ildə açılıb. Kənddə ilk məktəb 1947-ci ildə açılıb. Həmin məktəb Səlim Mütəllimovun evində yerləşmişdir. Kənddə müəllim olmadığı üçün kənar kəndlərdən müəllimlər göndərilirdi. Ərkivan kəndindən Məmmədağa Xədirov, Yeyənkənd kəndindən Adil Abbasov və Salyan rayonundan gəlmiş Abdulrəhman və Xədicə Həsənovlar kənddə dərs deyən ilk müəllimlərdirlər.

Kəndin ilk ali təhsillisi:
Kəndin ilk ali təhsilli müəllimi Ağayev Fəraməz İbiş oğlu olub. Sonra isə Əhədov Fəyyaz, Tarverdiyev Şulduz, Əbilov Əbülfəz ali təhsil alan müəllimlərdir. Kəndin ilk ali təhsilli mühəndisi Əzizov Sabir Mirnuh oğlu, ilk ali təhsilli iqtisadçısı Əlinağıyev Məmmədəli Abasqulu oğlu, ilk tibb işçisi Muxtarov Muxtar Qiyas oğlu olmuşlar.

Böyük Vətən müharibəsində iştirak edənlər: 

Güllütəpə kəndindən BVM-də 8 nəfər iştirak edib. Onlar, Musa Mütəllimov, İsaq Mütəllimov, Ataxan Ağayev, Azadxan Qəniyev. Şahbaz Səmədov, Şərif Səmədov, Ağalar Səmədov və Abı Əhədovdur. 6 nəfərə qədər kənd sakini müharibədən qayıtmayıblar.

Kəndin din xadimləri: 
Kəndin ilk din xadimi Banbaşı kəndindən gəlib kənddə tütünçülük briqadasında manqa başçısı işləyən Kərbəlayi Salam kişi olub. Kərbəlayi Mirmahmud Mütəllimov ondan dərs alaraq sonradan təhsilini artırıb ərazinin indiyə kimi tanınmış din xadimidir.

Kəndin digər tanınmışları: 
Kərimov Talıb Mahmud oğlu bir neçə il rayon Maliyyə idarəsinin rəisi işləyib
Mürsəlov Miramin Seyidağa oğlu Rayon Elektrik şəbəkəsinin rəisi işləmişdir.
Vahid Mütəllimov Masallı rayon Maliyyə İdarəsində işləyir
Şahməddin Ağayev Masallı rayon Maliyyə İdarəsində işləyir
Oktay Mütəllimov Rayon Gənclər və idman idarəsində işləyir
İntiqam Bağırov Masallı rayon İcra hakimiyyəti aparatında işləyir.
Elnur Qiyasbəyli Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim işləyir
Ələddin Mirzəyev Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim işləyir

Şirəliyev Qeyrət Fərhad oglu. 08.09.1991-ci ildə Masallı rayon Güllütəpə kəndində anadan olmuşdur. Birinci sinifə Güllütəpə kənd tam orta məktəbi sonra isə Yeni Zuvand kənd məktəbində oxuyub, Azərbaycan Respublikasının Prezidenti yanında Dovlet İdarəçilik Akademiyasının Politologiya ixtisasını bitirib. 2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində mütəxəssis vəzifəsində çalışır. 

Seyidzadə Ramil Miramin oğlu: 09.08.1985 Güllütəpə kəndində anadan olmuşdur - Güllütəpə kənd tam orta məktəbinin məzunu 2002-2006 BDU Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsi Gömrük İşinin Təşkili ixtisası bakalavr, 2008-2010 Azərbaycan Dövlət İqtisad Universiteti Gömrük İşinin Təşkili ixtisası magistr, 2008 - dən bəri Astara Gömrük İdarəsi gömrük xidməti mayoru vəzifəsində çalışır 

Muxtarov Rəhman Mirəli oğlu : 06.06.1972 Güllütəpə kəndində anadan olmuşdur - Güllütəpə kənd tam orta məktəbinin məzunu, Azərbaycan Dövlət Tibb Universitetini (1989-1995.) bitirmişdir 2001-ci ildən Masallı rayon GEM-də əvvəlcə həkim epidemioloq, 2011-ci ildən epidemiologiya şöbəsinin müdiri, 2013-cü ilin 15 iyul tarixindən GEM direktoru vəzifəsində çalışır.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az