Köhnə Zuvand


Kəndin adı: 
Köhnə Zuvand

Əhalisi:
598 nəfər

Ərazisi:
330 ha

Coğrafi mövqeyi:
Köhnə Zuvand kəndi Masallı rayonunun şimal qərbində dağlıq ərazidə yerləşir.

Kəndin əsas məşğuliyyəti: 
Əhali əkinçilik və maldarlıqla məşğuldurlar. Zuvand kəndinin əhalisi əsasən Lerik rayonunun Zuvand ərazisində yaşamış əhalidən ibarətdir. Əhali Lerikin Zuvand ərazisində yaşayanda burada qış çox sərt keçdiyindən əhali qışlamağa Masallı rayonunun indiki Köhnə Zuvand kəndinə gəlirdilər. Sonradan məlum olur ki, Köhnə Zuvandın həm qışı həm də yayı Lerikin Zuvand ərazisinə nisbətən əlverişlidir. Ona görə də əhali Köhnə Zuvandda daimi məskunlaşırlar. Bu da təxminən XIX əsrin axırlarına təsadüf edir. 

Həmsərhəd olduğu kəndlər: 
Şimaldan Cəlilabad rayonunun meşə ərazisi, cənubdan Masallı rayonunun meşə ərazisi, şərqdən Yolağac kəndi və qərbdən isə Yardımlı rayonu ərazisi ilə həmsərhəddir.

Kəndin adının mənası:
“Zuvand” Şimali və Cənubi Azərbaycanda böyük bir ərazini əhatə edən mahal adıdır. Lerik rayonu 1930 – ilə qədər Zuvand rayonu adlandırılmışdır. “Zuvan” – sözü eyni zamanda farscadan igid, qoçaq oğullar mənasını verir.

Kənddə ilk məktəbin açıldığı tarix:

Kənddə ilk məktəb 1948-ci ildə tikilib.

Kəndin ilk ali təhsillisi: 
Kəndin ilk ali təhsilli müəllimi Mirzəyev Fərman Əlinağı oğlu olub.

Böyük Vətən müharibəsində iştirak edənlər:
Kəndindən BVM-dədə 3 nəfər iştirak edib Onlardan Mirzəyev Fərman, Bağışov Sərxoş, Məcidov Şahüseyn olublar.

Kəndin ziyalıları haqqında:
Baxışov Dənzi, Əlinağıyev Yunsur, Əlinağıyev Ağamalı, Bəşirov Əmənulla, Bəşirov İltifat və Əlgüşad Muradov ali təhsil alan müəllimlərdir. Kəndin ilk ali təhsilli həkimləri tibb elməli namizədləri Cəbrayıl və Arif Əlinağıyev qardaşları olub.

Kəndin din xadimləri: 
Kəndin ilk din xadimi Molla Hüseyn olub.

Ölkədən kənarda yaşayan kənd xeyriyyəçiləri haqqında:
Bu kənddə 1963-cü ildə anadan olmuş Məmişov Vaqif İmanqulu oğlu Rusiyada tanınmış iş adamıdır. O, eyni zamanda Sankt Peterburqda Azərbaycan diasporunun sədridir.

Kəndin digər tanınmışları:
Köhnə Zuvand məktəbini bitirən və bu gün respublikamızda tanınan həkimlərdən Tibb elmləri namizədi, alim Cəbrayıl Əlinağıyev təkcə məmləkətimizdə deyil ondan kənarlarda da tanınan orpaped-travmatoloqdur. O, Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasının travmatologiya şöbəsinə uzun illərdir ki, rəhbərlik edir. Onun qardaşı Arif Mirzəyev tibb elmləri namizədi alimdir. Hal-hazırda doktorluq işini tamamlayır, həmin xəstəxanada ,uşaq travmatologiyası şöbəsində həkim işləyir. Uzun müddət kənddə tibb işçisi kimi fəaliyyət göstərən Əliheydər Muradov indi də öz peşəsinin tanınmış mütəxəssisidir.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az