Hişkədərə

Kəndin adı:
Hişkədərə

Əhalisi:
2838 nəfər

Ərazisi:
420 hektar
Coğrafi mövqeyi:
Masallı rayonun cənub-qərbində yerləşir, dağətəyi.

Kənddəkilərin əsas məşğuliyyəti:
keçmişdə çəltikçilik, taxılçılıq, çayçılıq olmuşdur. Hal-hazırda kənddə yaşayanlar kənd təsərrüfatı, ustalıq, dülgərliklə məşğul olurlar.

Həmsərhəd olduğu kəndlər:
Hişkədərə kəndi şimaldan Qəzvinoba və Tüklə kəndləri, şərqdən Türkoba kəndi, cənubdan Mahmudavar kəndi, qərbdən Mişkəmi və Miyankü kəndləri ilə həmsərhəddir.

Kəndin adının mənası:
Hişkədərə kəndinin talışca adı Hışkədə, mənası Hışk-quru,də-dərə,ə-birləşdirici səs şəkilçisidir. Hişkədərə kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Kəndin məskunlaşması haqqında ilkin məlumatlar XIII əsrlə bağlıdır.Əhali XV əsrdə Savalan dağı ətəyindən bu yerlərə gəlmişlər. Hişkədərə kəndində daş dövrünə aid abidələr mövcud olmuşdur. Kənd haqqında ilk məlumatları Azərbaycan Milli Enseklopediyasından oxuyuruq: ”Masallı rayonu Hişkədərə yaşayış yerindən: qaşov, kəsici, biz, bıçaq və. s tipli alətlər qeydə alınmışdır”. (AME səh. 161 Bakı 2007) Azərbaycan Daş dövrünün abidələri Masallı rayonu Hişkədərə kəndində tapılmışdır. (ASE III cild səh.346 Bakı 1979)

Hişkədərə ərazisində tarix və mədəniyyət abidələri:
Mirzaltəpə kurqanı -Tunc dövrü  
Axuniki kurqanı -Tunc dövrü
Allahqulu (İsgəndəri təpə) kurqanı -Tunc dövrü
Xudabahış yurdu nekropolu - İlk tunc dövrü
Barzətəpə kurqanı -Tunc dövrü
Nekropol -Son tunc-ilk dəmir dövrü
Qoşatəpə kurqanı -Tunc dövrü
Məscid - XlX əsr
Əli Məmmədşah Şah qəbiristanlığı - Orta əsr

“İmamzadə” ziyarətgahı
Hişkədərə kəndinin ən qədim tarixi abidələrindəndir. İmamzadə” ziyarətgahının tarixi VIII-IX əsrlə bağlıdır. Ziyarətgahda VII imam Museyi Kazım nəvəsi İbrahimin qəbri yerləşir. Ziyarətgah 2001-ci ildə Rusiya Federasiyasında yaşayan və fəaliyyət göstərən Qafarov Əlirza Nəriman oğlu tərəfindən bərpa edilmişdir.

Tarix Diyarşünaslıq Muzeyi
Hişkədərə kəndində 1963-cü ildə Hişkədərə kənd orta məktəbinin müəllimi Tağıyev Rəhim Kərim oğlunun təşəbbüsü ilə Hişkədərə kənd orta məktəbində Tarix Diyarşünaslıq Muzeyi təşkil edilmişdir. Muzey 15 il ictimai əsaslarla heç bir dövlət vəsaiti sərf olmadan təmənnasız fəaliyyət göstərmişdir. Muzey Azərbaycan Respublikasının Nazirlər Sovetinin 13.08.1977-ci il 283 nömrəli qərarına, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 16.09.1977-ci il 299 nömrəli əmrinə əsasən dövlət statusu almışdır. 2005-ci ildən Muzey Tağıyev Rəhim Kərim oğlunun adını daşıyır. Muzeyin əsas fondunda eksponatların sayı 6927-dir. Muzeyin fondu və kolleksiyaları nəqqaşlıq, qrafika, heykəltaraşlıq, tətbiqi-incəsənət, arxeologiya, numizmatika, etnoqrafiya, fotoşəkillər, sənədlər bölməsindən ibarətdir.

Rəhim Kərim oğlu Tağıyev
1917-ci ildə Lənkəran qəzasının Hişkədərə kəndində anadan olmuşdur. 1928-31-ci illərdə yaşlılarla birlikdə savad məktəbində oxumuşdur. 1934-39-cu illərdə Lənkəran Pedaqoji məktəbində oxumuşdur. Məktəbdə oxuduğu illərdə Lənkəran “Şərq Qdınlar” klubunda savadsızlığa qarşı mübarizə aparmış, buna görə də Xalq Komissarları Sovetinin qərarı əsasında ona 3761№-li “Kult əsgər” bileti verilmişdir. 1938-39-cu illərdə Masallı rayonunun Sirəbil kəndində müəllim işləmişdir. 1939-cu ildə ordu sıralarina çağrılmış Ukrayna və Maldovada xidmət etmişdir. 1941-ci ildə Uktaynanın Stanislavski vilayətindən cəbhəyə getmiş, 587-ci polkun aparıcı serjantı olmuş, 1942-ci ildə Ukraynanın Poltava vilayətində yaralanmışdır. 1942-1945-ci illərdə Masallı rayonunda hərbi müəllim işləmişdir. 1949-cu ildə Azərbaycan KPMK yanında ikiillik partiya məktəbini bitirmişdir. 1951-52-ci illərdə Azərbaycan KP-nin Masallı rayon komitəsinin katibi işləmişdir. 1952-ci ildən Voloqda Qorki rayonunun HHM qoşununda 318-zi zenit SK polkunun batareya komandirinin siyasi şöbə üzrə müavini, 1953-cü ilin noyabrından Masallı rayon Boradigah qəsəbəsində Kalinin adına MTS-in siyasi şöbəsinin direktor müavini, partiya təşkilat katibi, AzKP-nin katibi işləmişdir. 1958-ci ildən Masallı rayon RTS-in partiya təşkilat katibi, Ərkivan kəndində kolxozun partiya təşkilat katibi, 1960-cı ildən Qodman kəndinin kolxoz sədri, 1963-cü ildən Hişkədərə kənd orta məktəbin müəllimi, 1977-ci ildən 2001-ci ilə kimi Masallı rayon Tartix Diyarşünaslıq Muzeyinin direktoru işləmişdir.Rəhim müəllim işlədiyi illərdə mövcud dövlət tərəfindəm müxtəlif mükafatlara layiq görülmüşdür. Tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği işində fəal iştirakına görə fəxri fərman və döş nişanı, Azərbaycan Respublikasının “Tarix və abidələrin qorunması cəmiyyəti”-nin bütün qurultaylarında nümayəndə, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, Maarif Nazirliyinin və digər ictimai təşkilatların 25-dən artıq fəxri fərmani və Respublika Təbiəti Mühafizə Cəmiyyətinin sədri mərhum akademik Həsən Əliyev tərəfindən “Təbiətin Qorunmasina Görə” fəxri fərmanla, “Savadsızlığın ləğvinə görə” fəxri fərman və “Müharibə veterani” orden və medallarla təltif edilmişdir.

Hişkədərə kəndində ilk məktəb:
1929-cu ildə ”Kanəduknəco” deyilən yerdə fəaliyyətə başlamışdır. Birinci il bir sinifdən ibarət olan məktəbə müxtəlif yaşlı adamlar cəlb edilmişdir. Məktəbdə Lənkəran rayonu Boladi kəndindən Hacı adlı ibtidai təhsilli müəllim savad kursu açmışdır.

Hişkədərə kəndinin ilk ali təhsilli:
Ağayev Şamil Əliəşrəf oğlu
O, 10.06.1932-ci ildə Masallı rayonu Hişkədərə kəndində anadan olmuşdur. 1947-ci ildə Hişkədərə kənd yeddiillik məktəbini, 1950-ci ildə Boradigah orta məktəbini bitirmişdir. 1950-1955-ci illərdə M. Rəsulzadə adına Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1955-1959-cü illərdə Boradigah orta məktəbində müəllim, 1959-1979-cü illərdə S. Vurğun adına Türkoba kənd orta məktəbində direktor vəzifəsində işləmişdir. 1980-ci ildən ömrünün sonuna qədər Hişkədərə kənd orta məktəbində müəllim işləmişdir.

Kərimzadə Aydın İlyas oğlu
9 dekabr 1937-ci ildə Masallı rayon Hişkədərə kəndində anadan olmuşdur. 1946-53-cü illərdə Hişkədərə kənd yeddiillik məktəbində təhsil almış, 1953-57-ci illərdə Lənkəran Pedaqoji məktəbində təhsilini davam etdirmişdir. 1957 –ci ildə Hişkədərə məktəbində sinif müəllimi vəzifəsinə təyinat almışdır. 1957-ci ilin axirinda hərbi xidətə çağrılmışdır. 1960-cı ildə hərbi xidməti başa vurmuş və yenidən pedaqoji fəaliyyətini davam etdirmişdir. 1963-69-cu illərdə qiyabi olaraq Bakı Dövlət Universitetinin Filologiya fakultəsini bitirərək Hişkədərə məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. 1967-1985-ci illərdə Hişkədərə kənd orta məktəbində təlim-tərbiyyə işləri üzrə direktor müavini vəzifəsində işləmiş, 1985-2010-cu illərdə həmin məktəbin direktoru vəzifəsində çalışmışdır. 2011-ci ildən yaşla əlaqədar müəllimlikdən uzaqlaşıb. 54 illik pedaqoji fəaliyyəti dövründə 10-a qədər fəxri fərmanlara layiq görülmüş, o cümlədən SSR-i Maarif Nazirliyinin “Qabaqcıl maarif xadimi” nişanı ilə təltif olunmuş və Azərbaycan müəllimlərinin 11-ci ( 1998-ci ildə) və 12-ci (2003-cü ildə) qurultaylarına nümayəndə seçilmişdir.

Sadıqov Şabala Mirzağa oğlu
1951-ci ildə Masallı rayon Hişkədərə kəndində anadan olmuşdur. 1957-1966-cı illərdə Hişkədərə kənd səkkizillik məktəbində oxumuşdur. 1966-1968-ci illərdə Boradigah kənd orta məktəbində təhsilini davam etdirmişdir. 1969-cu ildə indiki Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1974-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Diplom işində sinqulyar-inteqral tənliklərə aid o vaxta qədər həll olunmamış bir problemi həll etmişdir. Sonralar bu elmi iş SSRİ-nin Frunze şəhərində UST-İLİM jurnalında nəşr edilmişdir. 1974-1984-cü illərdə Masallı rayonun Şatıroba və Qəzvinoba kəndlərindəki natamam orta məktəblərdə müəllim və baş müəllim kimi riyaziyyat və fizika fənnlərini tədris etmişdir. 1985-ci ildən Bakı şəhərində yaşayır, əməkdar müəllimdir. 2003-cü ildən Respublikamızın orta məktəblərində tədris olunan həndəsə dərsliklərinin həmmüəlliflərindən biridir. Çoxlu sayda elmi-metodiki məqalələrin və metodiki vəsaitlərin müəllifidir. Ailəlidir. Bir övladı, iki nəvəsi var.

Səfərova Səmayə Musarza qızı
15 may 1942-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini Lənkəran şəhər 6№-li və 2№-li məktəbində almışdir. 1962-ci ildə Lənkəran şəhər Pedaqoji Texnikumuna daxil olmuş, 1964-cü ildə təhsilini başa vurduqdan sonra Lənkəran şəhər 1 saylı internat məktəbində ixtisası üzrə sinif müəllimi təyin olunmuşdur. Pedaqoji fəaliyyətini davam etdirməklə yanaşı 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun Dil və Ədəbiyyat fakültəsinə qiyabi daxil olub, 1972-ci ildə təhsilini başa vurmuşdur. Ailə həyatı qurmaqla əlaqədar olaraq 1968-ci ildə Masallı rayon Hişkədərə kəndinə köçmüş, burada pedaqoji fəaliyyətini davam etdirmişdir. Hal-hazırda təqaüdçüdür, üç övladı və altı nəvəsi vardır.

Mirzəyev Firudin İsrafil oğlu
1924-cü ildə Masallı rayon Hişkədərə kəndində anadan olmuşdur. Kənddə açılmış birsinifli ibtidai məktəbin yeddinci sinfini bitirərək 1937-ci ildə təhsilini Lənkəran pedaqoji texnikomunda davam etdirmişdir. Oranı 1940-cı ildə bitirərək gənc müəllim kimi Türkoba məktəbində Pedaqoji fəaliyyətə başlamışdır. 1942-1943-cü illərdə Miyankü yeddiillik məktəbində əvvəlcə dərs hissə müdiri, sonra direktor vəzifəsində işləmişdir. 1943-46-cı illərdə böyük vətən müharibəsi iştirakçısı olub.1947-ci ildə APİ-nin Dil və Ədəbiyyat fakultəsinə qiyabi daxil olur. Müharibədən sonra yenidən doğma kəndində dərs hissə müdiri və direktor işləməyə başlayır. 1955-ci ildə Mahmudavar kənd orta məktəbində direktor təyin olunur. 1956-cı ildə təkrarən Hişkədərə kənd səkgizillik məktəbinə direktor göndərilir və bu vəzifədə 1985-ci ilə kimi fasiləsiz çalışır. 1985-2003-cü illərdə E.Ağayev adına Hişkədərə kənd orta məktəbində dil və ədəbiyyat müəllimi işləyir. 2003-cü ilin avqust ayının 30-da vəfat edir.Təlim tərbiyyə işində fədakar xidmətləri nəzərə alınaraq ona SSRİ maarif əlaçısı, qabaqcıl maarif xadimi, Qırmızı əmək bayrağı, Oktyabr İnqilabi ordeni, Şərəf nişanı ordeni, Böyük vətən müharibəsi ordeni verilmiş və Azərbaycan müəllimlərinin IV, V və VII qurultayının nümayəndəsi seçilmişdir.

Qafarov Nəriman Qulam oğlu
1939-cu ildə Masallı rayon Hişkədərə kəndində anadan olmuşdur.1948-57-ci illərdə orta təhsilini almış, 1958-62-ci illərdə hərbi xidmətdə olmuşdur. 1962-ci ildə hərbi xidməti başa vurduqdan sonra Prişib peşə məktəbində, 1963-65-ci illərdə Göyçay texnikomunda oxumuşdur. 1965-82-ci illərdə sovxozda həmkarlar təşkilatının sədri vəzifəsində işləmişdir. 1969-74-cü illərdə qiyabi olaraq Moskva Ali Həmkarlar məktəbində oxumuşdur. 1982-86-cı illərdə Hişkədərə kənd XDS- icrayə komitəsinin sədri, 1986-92-ci illərdə Hişkədərə sovxozunun direktoru vəzifəsində işləmişdir. 1992-95-ci illərdə covxozda təhlükəsizlik texnikası üzrə mühəndis işləmişdir. 2004-cü ildə Hişkədərə bələdiyyəsinin üzvü seçilmiş, bir müddət bələdiyyə sədri işləmişdir. Hal-hazırda Hişkədərə bəklədiyyəsinin sədr müavini vəzifəsində çalışır.

Fətullayev Fizuli Həzərxan oğlu
1949-cu ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirdikdən sonra həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1972-ci ildə həmin institutun müalicə-profilaktika fakültəsini bitirib. 1972-ci ilin avqust ayında Kalinovka qəsəbə xəstəxanasına həkim,oktyabr ayında isə baş həkim təyin olunmuşdur. 1976-cı ildə Boradigah qəsəbə xəstəxanasında həkim kimi fəaliyyət göstərib. 1980-1983-cü illərdə Masallı rayon xəstəxanasında hematoloq-həkim kimi rayon üzrə ehtiyacı olan ağır xəstələrə donor xidmətinin təşkil etmişdir. 1983-cü ildən indiyə kimi Boradigah qəsəbə xəstəxanasında işləyir və həkim-cərrah kimi fəaliyyət göstərir. 1993-cü ilin fevral ayından YAP Masallı Rayon Təşkilatının siyasi şurasının üzvü və ilk təsisçilərindəndir. Hal-hazırda Fətullayev Fizuli Hişkədərə kənd məscidlərinin icma rəisidir.

Hişkədərə kəndinin şəhidləri:
Ağayev Elşad Aşur oğlu
18 aprel 1967-ci ildə Masallı rayonu Hişkədərə kəndində anadan olmuşdur.1973-1984-cü illərdə Hişkədərə kənd orta məktəbində təhsil alıb.1985-ci ildə İnşaat Mühəndisləri İnstitutunun axşam şöbəsinə daxil olub. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur. E.Ağayev İnstitutun axşam şöbəsində təhsilini davam etdirməklə bərabər 28 may xəstəxanasında təsərrüfat müdiri,Bakı tikinti İdarəsinin 4 nömrəli tikinti quraşdırma zavodunda sex rəisi işləmişdir. 1992-ci ildə könüllü olaraq Milli orduya daxil olub. Goranboy, Ağdərə döyüşlərində iştirak edib, Diplom işi ilə əlaqədar ordudan tərxis olunub. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqa müraciətindən sonra E.Ağayev yenidən Milli orduya qayıtmış II rota komandiri kimi Beyləqan istiqamətində döyüşlərdə qəhrəmanlıq göstərmişdir. 10 dekabr 1993-cü ildə qəhrəmancasına şəhid olmuşdur. 14 dekabr 1993-cü ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə baş leytenant Elşad Aşur oğlu Ağayev ölümündən sonra” Azərbaycan Bayrağı Ordeninə” layiq görülmüşdür. Evli idi, bir oğlu vardır.

Həşimov Natiq Canəli oğlu
01 dekabr 1974-cü ildə Masallı rayonu Hişkədərə kəndində anadan olmuşdur.1981-1992-ci illərdə Hişkədərə orta məktəbini bitirmişdir. Məktəbi bitirdikdən sonra Hişkədərə kəndində əmək fəaliyyəti ilə məşğul olmuşdur.1994-cü ildə Milli Ordu sıralarına hərbi xidmətə çağırılmışdır. Hərbi hissədəki xidmətinə görə Natiq Həşimov bölmə rəhbəri təyin olunmuşdur. Natiq ona tapşırılmış 9 nəfərlik əsgər yoldaşlarına Ağdam və Ağcabədi döyüşlərində rəhbərlik etmişdir. 1995-ci ilin mart ayının 24-də döyüş tapşırığını yerinə yetirərkən Natiq Həşimov qəfildən minaya düşərək həlak olmuşdur. Subay idi.

Böyük Vətən Müharibəsində iştirak edənlər:
Hişkədərə inzibati ərazi dairəsindən 135 nəfər iştirak etmiş və onlardan 78 nəfəri müharibədə həlak olmuş, məzarları məlum deyil. Hal-hazırda ərazidə yaşayan BVM- iştirakçısı 1 nəfərdir.

Hişkədərə inzibati ərazi dairəsindən Böyük Vətən Müharibəsində iştirak edənlərin siyahısı
1. Abdullayev Mirzə S.  
2. Abdullayev Qılman M.
3. Ağayev Əziz M.
4. Ağayev Həsən
5. Bədəlov Murad Ş.
6. Bədəlov Xanəli Ş
7. Bədəlov Fazil Ə.
8. Bədəlov Eynəli
9. Bədəlov Höccət
10. Bədəlov Əsgər Ş.
11. Bədəlov Oruc
12. Bağırov Yəhya İ.
13. Bağırov Qulam A.
14. Bağırov İslam R.
15. Bağırov Rza C.
16. Bədirov Məzahir Q.
17. Bədirov Hacıbaıa Q.
18. Cabbarov Salman Ə.
19. Cabbarov Zülfüqar R.
20. Cəbrayılov Böyükağa
21. Cəfərov Nəcəfqulu
22. Cabbarov Sərdar S.
23. Cabbarov Əbülfəz
24. Cabbarov Həsən
25. Cavadov Vəlihəd M.
26. Cavadov İsmayıl
27. Cahıyev Haca A.
28. Cəbrayılov Rza
29. Cəbrayılov Yəhya
30. Cəfərov Sərdar Q.
31. Cəfərov Ağaqulu A.
32. Canıyev Manaf A.
33. Dadaşov Qılıman
34. Fətullayev Məhərrəm N.
35. Əliyev Murtuza Ə.
36. Əhədov Ağamməd
37. Əliyev Heydər V.
38. Əliyev Səttar H.
39. Əliyev Şahbaz H.
40. Əliyev Səfər N.
41. Əliyev Höccət Ş.
42. Əliyev Murad Ş
43. Əhmədov Zahirəli Ə.
44. Əhmədov Əzim A.
45. Əhmədov Ələkbər A.
46. Əmənov Xurşid Ş.
47. Əkbərov Əli Ə.
48. Əhmədov Rza Q.
49. Əsədullayev Məmmədəli
50. Gözəlov Əliş H.
51. Əhədov Ramazan
52. Hüseynov Böyükağa
53. Hüseynov Abutalıb A.
54. Hüseynov Hüseyn A.
55. Hüseynov Xali A.
56. Hüseynov Höccət A.
57. Hüseynov Zülfəli
58. Hüseynov Həzərxan
59. Hüseynov Sahib
60. Hüseynov Məmməd R.
61. Hüseynov Mirzəxan R.
62. Hüseynov Həsənqulu Z.
63. Hüseynov Qüdrət A.
64. Xansuvarov Mənsim Ə.
65. Xansuvarov Qasım Ə.
66. Xansuvarov Xankişi Q.
67. İmanov Gülağa Y.
68. İmanov Cəlil Y.
69. İmanov Hacıağa S.
70. İmanov Şiri M.
71. İmanov Alı M.
72. İmanov Xəlil
73. İmanov Fəyyaz
74. İsgəndərov Burhan L.
75. Qafarov Sadıq M.
76. Qurbanov Vəli
77. Qafarov Ayaz M.
78. Qafarov Xanoğlan R.
79. Qurbanov Ağababa
80. Qurbanov Ağabala
81. Lələyev Fətəli
82. Mirzəyev Mürsəl M.
83. Mirzəyev Firudin
84. Mirzəyev Əsəd
85. Mirzəyev Böyükağa M.
86. Mirzəyev Mirzərza M.
87. Mirzəyev Sultan M.
88. Mirzəyev Sədər S.
89. Mirzəyev Şahrza
90. Mirzəyev Ağarza
91. Mirzəyev Ələsgər
92. Mirzəyev Fərman
93. Məcidov Yunsur F.
94. Məcidov Hacı
95. Məcidov Nəsrulla S.
96. Məmmədov Mirzəli C.
97. Məmmədov Muxtar D.
98. Məmmədov Əyyub D.
99. Məhərrəmov Ağamməd F.
100. Məhərrəmov Sabir O.
101. Məmmədov Qardaş M.
102. Məmmədəlilev Əliağa M.
103. Nəsrullayev İsmayıl N.
104. Nəsrullayev Salman N.
105. Nəsrullayev Muxtar N.
106. Nəsrullayev Museyib
107. Nəsrullayev Rəhman
108. Nəsirov Şahmurad
109. Nəzərov Əjdər
110. Nəzərov Hacıəli
111. Nəsrullayev Alı
112. Nemətov Əbülfəz
113. Nemətov Rzabala X.
114. Niftullayev Əyyub H.
115. Fərzullayev Yəhya Ə.
116. Fətullayev Qiyas N.
117. Fətullayev Kişi N.
118. Rəhmətov İzzət Ə.
119. Rəhmətov Hənifə
120. Rəsulov Fərman M.
121. Rəsulov İbadulla A.
122. Rəsulov Əbdül M.
123. Rzayev Əyyub
124. Şükürov Fərəc
125. Şükürov Oruc
126. Səfərov Həsənqulu
127. Şahmarov Qüdrət Ə.
128. Şahmarov İman
129. Tağıyev Müzəffər H.
130. Tağıyev Qəzənfər H.
131. Tağıyev Nüsrət K.
132. Tağıyev Əbdül H.
133. Tağıyev Rəhim K.
134. Tağıyev Sürət K.
135. Tağıyev Səyyar


Kəndin Ziyalıları:
Əliyev Nazim Kazım oğlu
1970-ci ildə Masallı rayonu Hişkədərə kəndində anadan olmuşdur. 1987-ci ildə Hişkədərə kənd orta məktəbini bitirmişdir. 1988-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuş,1993-cü ildə Universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Respublikası Prokurorluğunda işə qəbul olunmuşdur.1993-2001-ci illərdə Azərbaycan Respublikası Prokurorluğunda müstəntiq vəzifəsində çalışmışdır. Nazim Əliyev 26 mart 2005-ci ildə cinayət hüququ ixtisası üzrə “Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən talama əməlləri ilə cinayət-hüquqi mübarizə” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş,Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 iyul 2005-ci il tarixli qərarı ilə ona hüquq elmləri namizədi Alimlik dərəcəsi verilmişdir. Həmin komissiyanın 22 iyul 2009-cu il tarixli qərarı ilə ona”Cinayət hüquq və kriminologiya: cəza-icra Hüququ” ixtisası üzrə dossent elmi adı verilmişdir. N.Əliyev hal-hazırda Milli Aviasiya Akademiyasının hüquqşünaslıq kafedrasının dosenti vəzifəsində çalışır.

Kəndin din xadimi:
Ağayev Söhrab Hacıəli oğlu
Hal-hazırda ərazidə molla-axund vəzifəsində işləyir.

Ölkədən kənarda yaşayan kənd xeyriyyəçi və ziyalı:
Qafarov Əlirza Nəriman oğlu
17 sentyabr 1964-cü ildə Masallı rayonu Hişkədərə kəndində anadan olmuşdur.1981-ci ildə Hişkədərə kənd orta məktəbini bitirmişdir.1985-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinə daxil olmuş 1990-cı ildə həmin Universiteti bitirmişdir. 1994-cü ildə Əlirza Qafarov Moskva şəhərində Təbriz firması yaratmış və onun Prezidenti seçilmişdir. Ə.Qafarov uzun illərdir ki Moskva şəhərində Çertanov Sentralnaya rayonun deputatıdır. Ə.Qafarov Moskva şəhərində elmi işlərini davam etdirərək namizədlik dissertasiyasını müdafiə etmiş, İqtisad elmləri doktoru fəxri ada layiq görülmüşdür. Hal-hazırda akademik Əlirza Qafarov Rusiya Federasiyası Prezidenti Administrasiyasında işləyir.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az