Köhnə Alvadı

Kəndin adı: 
Köhnə Alvadı

Əhalisi: 

3937 nəfər

Ərazisi:
791 ha

Coğrafi mövqeyi: 
Masallı-Təzə Alvadı magistralının qərb hissəsində yerləşir.

Kəndin əsas məşğuliyyəti: 
Heyvandarlıq və əkinçilik

Həmsərhəd olduğu kəndlər: 

Tatyanoba, Meşəkanarı, Banbaşı, Böyük Xocavar və Binə Xocavar kəndləri

Kəndin adının mənası: 

Alvadı kəndi Təryan çayı boyunca vadidə ətrafı qırmızı lalə gülləri ilə örtülmüş ərazidə yerləşdiyinə görə, kəndi Alvadı qoyulmuşdur

Kəndin tarixi abidələri: 
Köhnə Alvadı məscidi mövcuddur.

Kənddə ilk məktəbin açıldığı tarix: 

1930-cu il

Kəndin ilk ali təhsillisi: 

Ibrahimov Almas Məmməd oğlu olmuşdur. (rus dili müəllimi).

Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında: 

Qarabağ uğrunda döyüşlərdə Köhnə Alvadı kəndi iki şəhid vermişdir. Əsgərov Əlihasil Hüsi oğlu, Həsənov Zöhrab Məmmədxan oğlu.

Böyük Vətən müharibəsində iştirak edənlər:
1.Vəliyev Xasay İsgəndər oğlu
2.Nəqdiyev Firsənd Fətəli oğlu
3.Seyfullayev Rəhim Ağarəhim oğlu
4.Fətullayev Balaxan Eyvaz oğlu
5.Ağayev Qala Ağahüseyn oğlu
6. Süleymanov Baba Möhsüm oğlu
7.Süleymanov Orucəli Möhsüm oğlu    
8. Süleymanov İsa Möhsüm oğlu
9. Məmmədov Abdulla Əli oğlu    
10. Məmmədov Hüseyn Hənifə oğlu
11.Əsgərov Əsgər Mirzə oğlu    
12. Əsgərov Abı Abas oğlu


Kəndin ziyalıları haqqında: 
Əlibəyli Qulamhüseyn Surxay oğlu (Azəraycan Dövlət Univeristetində müəllim işləyir). Məmmədov Ramiz Əlxas oğlu, Sadıqzadə Laçın Cəfər oğlu Masallı rayon İHB-nın Masallı şəhər nümayəndəsi işləmişlər. Əlişov Əli Mahmud oğlu Masallı rayon RPK-nin 2-ci katibi vəzifəsində işləmişdir. Əsgərov Müştəba Qubad oğlu Masallı rayon KOOP-lər ittifaqının sədri vəzifəsində çalışmışdır. İsrafilov Vəli Mikayıl oğlu Masallı rayon Maliyyə Şöbəsinin sədri işləmişdir. Əliyev Kəlbihüseyn Qulam oğlu Masallı rayon Məişət evinin direktoru vəzifəsində işləmişdir.

Kəndin din xadimləri: 

Cəfərov Mirtağı Qubad oğlu

Ölkədən kənarda yaşayan kənd xeyriyyəçiləri haqqında: 

Seyfullayev Rafiq Bəylər oğlu- Latviya Rüspublikası Riqa şəhərində tanınmış şirkət sahiblərindən biridir. Ölkədən kənarda yaşayan kənd ziyalıları haqqında: yoxdur

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az