Masallı məqalələrdə
Masallıda folklor
Bu maraqlıdır
Səhv tapmısınız?
 
Kateqoriya / Tərkibi
  Köhnə Alvadı kəndi haqqında məlumat
Ərazi vahidinin adı: Köhnə Alvadı kəndi.

Köhnə Alvadı kəndi 2000-ci il tarixdə Banbaşı ərazi vahidindən ayrılmış və Köhnə Alvadı ərazi nümayəndəliyi yaranmışdır. Əhalisi - 3877 nəfər Ərazisi -791 ha

Coğrafi mövqeyi - Masallı-Təzə Alvadı yolunun qərb hissəsində yerləşir. Masallı rayonunun ən böyük kəndlərindən biridir. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Həmsərhəd olan kəndlər: Meşəkəmər, Tatyanoba, Banbaşı, Böyük Xocavar və Binə Xocavar kəndləri. Kəndin adının mənası - Alvadı kəndi Tatyançay boyunca vadidə, ətrafı qırmızı lalə gülləri ilə örtülmüş ərazidə yerləşdiyinə görə, Al vadi ( al - qırmızı mənasında, vadi – yer, ərazi ) adlandırılmışdır.

Kəndin qısa tarixçəsi: - Yüz illər bundan əvvəl ulu babalarımız yaşadıqları əraziləri abadlaşdırmış, su anbarları yaratmış, çay üstündən körpülər salmış və nəticədə yüksək əkinçilik və maldarlıq təsərrüfatları yaratmışlar. Lakin onların fəaliyyəti bununla məhdud-laşmamışdır. Onlar əkinçi olsalar da, elmə, təhsilə, mədəniyyətə də ciddi maraq göstərmişlər. Təsərrüfatçı kimi onların su dəyirmanları, abad qəbiristanlıqları, saxsı qablar emalı ilə məşğul olmuşlar.

Tarixi abidə : Köhnə Alvadı kəndində bir tarixi abidə - Köhnə Alvadı məscidi mövcuddur.

İlk məktəb: Köhnə Alvadı kəndində ilk məktəbin açılışı 1930-1940-ci illərə təsadüf edir.

Elm və təhsil: Kəndin ilk ali təhsilli sakini İbrahimov Almas Məmməd oğlu olmuşdur (rus dili müəllimi). Kəndin tanınmış elm adamları: - Əlibəyli Qulamhüseyn Surxay oğlu - Azərbaycan Dövlət Univerisitetində müəllim işləyir .

Kəndin görkəmli adamları: - Məmmədov Ramiz Əlxas oğlu, Sadıqzadə Laçın Cəfər oğlu -- hər ikisi Masallı rayon İHB-nin Masallı Şəhər Ərazisi üzrə mümayəndəsi vəzifəsində işləmişlər. - Əsgərov Müştəba Qubad oğlu -- Masallı Rayon Koperativlər İttifaqı idarə heyətinin sədri işləmişdir. - İsrafilov Vəli Mikayıl oğlu -- Masallı Rayon Maliyyə Şöbəsinin sədri vəzifəsində çalışmışdır. - Əliyev Kəlbihüseyn Qulam oğlu -- Masallı Rayon Məişət Evinin direktoru işləmişdir.

Köhnə Alvadılılar Böyük Vətən müharibəsində vətənin müdafiəsində fəal iştirak etmişlər. BVM-si iştirakçılarından yeganə sağ qalan Fətullayev Balaxan Eyvaz oğludur.

Qarabağ uğrunda döyüşlərdə Köhnə Alvadı kəndi iki şəhid vermişdir: 1. Əsgərov Əlihasil Hüsi oğlu 2. Həsənov Zöhrab Məmmədxan oğlu

Kənddə tikintilər: Köhnə Alvadı ərazi nümayəndəliyinin binası, Köhnə Alvadı bələdiyyəsinin binası, Köhnə Alvadı həkim məntəqəsinin binası, Köhnə Alvadı Poçt şöbəsinin binası, Köhnə Alvadı EATS binası, bir orta məktəb, bir məscid vardır.

Köhnə Alvadı Masallı rayonunun ən qədim yaşayış məntəqələrindəndir. Kəndin tarixi çox qədimlərə gedib çıxır.
0
: 115   : 42   : 70589
21.12.2012 Köhnə Alvadı
Kəndin adı:
Köhnə Alvadı

Əhalisi:
3937 nəfər

Ərazisi:
791 ha

 
© 2018 All right reserved www.masallilar.az Powered by Danneo