Masallı kitablarda
Masallı məqalələrdə
Masallıda folklor
Bu maraqlıdır
Masallının sərvətləri
Səhv tapmısınız?
Rəy sorğusu
Aktiv sorğu yoxdur
Axtarış
 

Gülağa Tənha

Gülaga Məmi oglu Qəmbərov (Gülağa Tənha)1959-cu il mayın 20-də Masallı rayonunun Ərkivan kəndində anadan olub.

 

Əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərində fəhlə kimi başlayıb, istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri institutunu bitirib. SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib.

 Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akadimiyasının tikinti və memarlıq rektorudur. Əfqanıstan müharibəsi iştirakçısıdır. “Gülaga Qəmbərov Fondu”nun prezidentidir.

 Rəhbərlik etdiyi fond Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.

 Respublikaməzda idmanın inkişafına qayğı göstərən Gülaga Qəmbərovun ən böyük arzularından biri dünya şahmat tacının Azərbaycana gətirilməsidir. Bunun üçün o, Türkan və Zeynəb Məmmədyarova bacılarına öz köməyini əsirgəmir.

 Gimnastikanın, badmintonun da inkişafına maraq göstərən Gülaga Qəmbərovözü qayıq idmanını xoşlayır. Əgər respublikamızda idmanın bu sahəsinə maraq artarsa, təmənnasız olaraq daha bir neçə yelkənli qayıq göndərməyə hazırdır.

 Gülaga Qəmbərov Moskvadakı “Nadejda i pomoş” Xeyriyyə Fondunun da təsisçilərindən biridir. Fondun digər təsisçiləri şimal-şərq dairəsi prefekti, Moskva şəhər dumasının sədri Vladimir Mixayloviç Plotoniv və dumanın maliyyə büdcə komissiyasının sədrı İqor Yevgenyeviç Antonovdur.

 

"Onlar Masallıdandır" saytına təqdim etdi:

 Əlihüseyn Şükürov.

 


Yerləşdirilib: 22.10.2013 11:54 | Baxılıb: 615 | ]]> +   -   Çap]]>
Bu bölmədə
13.12.2013
tesat7
13.12.2013
test5
26.11.2013
Tədbir keçirilib
29.10.2013
Mübariz Mənsimov
29.10.2013
Rahid Ulusel
22.10.2013
Bağır Bağırov
22.10.2013
İsmayıl Babayev
Şərh əlavə etmək
* Adınız

* Mətn

 
© 2018 All right reserved www.masallilar.az Powered by Danneo