Masallı kitablarda
Masallı məqalələrdə
Masallıda folklor
Bu maraqlıdır
Masallının sərvətləri
Səhv tapmısınız?
Rəy sorğusu
Aktiv sorğu yoxdur
Axtarış
 

Mirəziz Seyidzadə

Seyidzadə Mirəziz Mirəsgər oğlu – publisist, ilahiyyatçı, tərcüməçi, 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1996-cı ildən Azərbaycan Jurnalistlər birliyinin üzvü, 1996-cı ildən “Qızıl qələm” mükafatı laureatı.

1949-cu il Fevralın 14-də  Azərbaycanın Masallı rayonunun Türkoba  kəndində ziyalı ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra 1968-1974-cü illərdə Özbəkistan Respublikasının Buxara şəhərində Mir-Ərəb mədrəsəsində  təhsil almışdır,

 

 1978-1982-ci illərdə Astarada Cümə məscidində axund vəzifəsində çalışmış,

 

 1984-1988-ci illərdə eynizamanda ağsaqqallar şurasında sədrlik etmişdir. 1982-1984-cü illərdə Azərbaycan Pedaqoji Xarici dillər nəzdində  ikiillik xarici dillər kursunun ərəb dili şöbəsini bitirmişdir.

 

 1988-1993-cü illərdə Baki İslam Unuversitetində baş müəllim vəzifəsində çalışmışdır.  Eyni zamanda 1992-1997-ci illərdə Baki İslam Unuversitetində qiyabi təhsil almışdır. Qafqaz müsəlmanları İdarəsinin elm və təhsil şöbəsinin müdiridir. 1996-cı ildə Bakı İslam Məktəbini təsis etmişdir.

 

 Ədəbi fəaliyyətə tələbəlik illərində başlamışdır. Şerləri, yumoristik hekayələri, ərab və fars dilindən çevrirdiyi publisist məqalələri dövri mətbuatda vaxtaşırı dərc olunmuşdur.

 

 Hekayə və şerlərini M.Mirəsgəroğl, Əziz Pünhan təxəllüsləri altında çap etdirmişdir. 1991-ci ildə “İmam Əlinin (ə) qısa kəlamları ”, 1998-ci ildə “Allahımı belə tanıdım” kitablarının və I hissəsi 1996-cı, II hissəsi isə 2002-ci illərdə nəşr olunmuş “İslami söhbətlər” dərsliklərinin müəllifidir.

"Onlar Masallıdandır" saytına təqdim etdi:

Əlihüseyn Şükürov.


Yerləşdirilib: 22.10.2013 11:54 | Baxılıb: 482 | ]]> +   -   Çap]]>
Bu bölmədə
13.12.2013
tesat7
13.12.2013
test5
26.11.2013
Tədbir keçirilib
29.10.2013
Mübariz Mənsimov
29.10.2013
Rahid Ulusel
22.10.2013
Gülağa Tənha
22.10.2013
Bağır Bağırov
Şərh əlavə etmək
* Adınız

* Mətn

 
© 2018 All right reserved www.masallilar.az Powered by Danneo