Masallı kitablarda
Masallı məqalələrdə
Masallıda folklor
Bu maraqlıdır
Masallının sərvətləri
Səhv tapmısınız?
Rəy sorğusu
Aktiv sorğu yoxdur
Axtarış
 

Masallının tanınmışları haqqında məlumat

İlham Təvəkkül oğlu Əsgərov

1958-ci il iyul ayının 16-da Masallı rayonunun Xoşçobanlı kəndində doğulub. Orta məktəbı 1975-ci ildə qonşu Təklə kəndində bitirib. Bakıya gəlib və alı məktəbə qəbul ola bilmədiyinə görə bir il ölkəmizin paytaxtında 1 saylı tikinti-quraşdırma idarəsində fəhlə işləyib.

 Axşamlar müxtəlif dram dərnəklərində həvəskar aktyorluq edən İlham Əsgərov 1976-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olunub.Dahi rejissor, SSRİ xalq artisti Ədil İsgəndərovun kursunu 1980-ci ildə başa vuran gənc aktyor həmin il avqust ayının 26-da Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Bu il noyabrın 26-da hərbi xidmətə çağırılması ilə əlaqədar teatrdan çıxıb.

 O, 1 iyul 1982-ci ildən yenə Akademik Milli Dram Teatrının aktyorudur.İstedadlı aktyor İlham Əsgərov Akademik teatrın ən sanballı tamaşalarında iştirak edib. Onun yaradıcılığının başlıca estetik mahiyyətini aşağıdakı rollar təşkil edir.

 Əli. “Közərən ocaqlar”, Mirzə İbrahimov.   Ərəb. “İblis”, Hüseyn Cavid.   Fərhad. “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev. Kiçik səhnədə.   Həbib. “Büllur sarayda”, İlyas Əfəndiyev.   Zülfüqar. “Vaqif”, Səməd Vurğun.   Əbubəkr. “Atabəylər”, Nəriman Həsənzadə. Araz. “İlham pərisi”, Cahan Əfruz. Kiçik səhnədə.   Loğman və Əmir. “Fəryad”, Bəxtiyar Vahabzadə.   Nicat. “Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev.   Rövşən. “Səadət sorağında”, Xalid Əlimirzəyev. Kiçik səhnədə.   Yusif. “Nişanlı qız”, Sabit Rəhman.   İldırım. “Qarabağ əfsanəsi”, Qeybulla Rəsulov.   Polis rəisi və Zob. “Həyatın dibində” Maksim Qorki.   Qorxmaz. “Od gəlini”, Cəfər Cabbarlı.   Sarı Mərdan. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev.   Eddi. “Üç quruşluq opera”, Bertolt Brext və Kurt Vayl.   Qafqazlı. “Tufandan əvvəl”, Arif Süleymanov. Narçin. “Qanlı Nigar”, Sadıq Şendil.   Anaşkin. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev.   İsmayılov. “Gülüstanda qətl”, Cəmil Əlibəyov.   Valeh. “Qanqın böyük dalğası”, Cahan Əfruz.   Doktor Altay. “Tənha iydə ağacı”, İlyas Əfəndiyev.   Aqnostos. “Məhəbbət və azadlıq” (“Tülkü və üzüm”), Gilerma Fiqeyredu.   Mirzə Məhəmmədəli. “Anamın kitabı”, Cəmil Məmmədquluzadə.   Atanm ruhu. “Anamın kitabı”, Cəlil Məmmədquluzadə.   Fransa kralı. “Kral Lir”, Vilyam Şekspir.   Məhəmməd xan. “Hökmdar və qızı”, İlyas Əfəndiyev.   Kairxan. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində məhkəmə”), Çingiz   Aytmatov və Muxtar Şahanov.   Nemət Səmədzadə. “Bu dünyanın adamları”, Hidayət.   Dövlət bəy. “Aydın”, Cəfər Cabbarlı.   Sabutay. “Dar ağacı”, Bəxtiyar Vahabzadə.   Piri baba. “Eşq və intiqam”, Süleyman Sani Axundov.

 İlham Əsgərov radionun məşhur “Bulaq” verilişinin aparıcılarından biridir. Azərbaycan Dövlət Televiziyasında Vilyam Şekspirin “İki veronalı” (Valentin),İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” (Valeh), Əlibala Hacızadənin “İnanmırsansa...” (Nüsrət), Aslan Qəhrəmanovun “Səndən xəbərsiz” (Fərrux), Mar Bayciyevin “Ər və arvad” (Əziz), Bəxtiyar Vahabzadənin “Kimdir haqlı?” (Fikrət), “İki qorxu” (Şair), Buta Sadıqovun “Afaqın məhəbbəti” (Nizami), Mixael Cavaxaşvilinin “Günahsız Abdulla” (Dustaq tələbə), Vladlen Dozortsevin “Qəbula gələn sonuncu adam” (Qəbula gələn), Mövlud Süleymanlının “Fatehlərin divanı” (Bilgə xaqan), Həsən Həsənovun (Əzizoğlunun) “Keçən əsrdən məktublar” (Müəllif), Zəlimxan Yaqubun “Yunis İmrə” (“Bir əli haqda, bir əli torpaqda”.Tapdıq İmrə), Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllər” (Bülbül), Məmməd Avdiyev və Anatoli Donetsin “İflas” (Mustafa), Adil Babayevin “O qızı hər gün görürsən” (Sərdar) teletamaşalarında müxtəlif xarakterli obrazlara səhnə ömrü verib.

 Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Qəzəlxan” (Şair Azər Buzovnalı), “Əlahiddə vəziyyət” (Rəcəb) kinolentlərinə çəkilib.İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

"Onlar Masallıdandır" saytına təqdim etdi:

 Əlihüseyn Şükürov.


Yerləşdirilib: 22.10.2013 11:54 | Baxılıb: 1133 | ]]> +   -   Çap]]>
Bu bölmədə
13.12.2013
tesat7
13.12.2013
test5
26.11.2013
Tədbir keçirilib
29.10.2013
Mübariz Mənsimov
29.10.2013
Rahid Ulusel
22.10.2013
Gülağa Tənha
22.10.2013
Bağır Bağırov
Şərh əlavə etmək
* Adınız

* Mətn

 
© 2018 All right reserved www.masallilar.az Powered by Danneo