Masallı kitablarda
Masallı məqalələrdə
Masallıda folklor
Bu maraqlıdır
Masallının sərvətləri
Səhv tapmısınız?
Rəy sorğusu
Aktiv sorğu yoxdur
Axtarış
 

Milli Qəhrəmanlar və şəhidlər

 

Məmmədov Səfəralı Qurban oğlu- Milli Qəhrəman

(1963-1992)

 

Səfəralı Qurban oğlu Məmmədov-Milli Qəhrəman (1963-1992)  1963-cü il oktyabrın 16-da Masallı rayonu

Sərçuvar kəndində anadan olub. O, polis (milis) leytenantı kimi 1990-cı ildə könüllü olaraq cəbhə bölgəsinə-Ağdam istiqamətinə gedib, vzvod komandiri təyin olunub, Fərrux, Ağbulaq, Qarakənd ərazilərində uğurlu əməliyyatlar keçirib, düşmənin çox sayda yaraqlısını əsir götürüb, 1992-ci il fevralın 16-da Qaradağlı kəndinin müdafiəsində qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 6-da Milli Qəhrəman adı alıb. 
Masallı rayonu Sərçuvar kəndində dəfn edilib. Masallı şəhərində küçələrdən biri və oxuduğu məktəb onun adını daşıyır.


Hüseynov Elşad Eynulla oğlu-Milli Qəhrəman
(1960-1992)


1968-ci il 8 oktyabr Masallı rayonunun Xıl kəndində anadan olmuşdur. 1978-ci ildə burada məktəbi bitirib
sovxozda işləyir. 1979-81-ci illərdə Batumidə hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür. Elşad Marquşevan, Cuvarlı, Ağbulaq və başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşdu. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 15 iyun 1992-ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər. Elşad döyüşün qızğın yerində idi mövqeyini dəyişmək istəyərkən düşmən gülləsinə tuş gəldi cəsur polis işçisinin ömrü beləcə qırıldı...
Ailəli idi, üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Elşad Eynulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Masallı rayonunun Xıl kəndində dəfn edilib.
Masallı rayonunda adına küçə var, büstü qoyulmuşdur.


Əhədov Elşad Saday oğlu-Milli Qəhrəman
(1968-1993)



4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlmişdir. 1975-ci ildə orta məktəbə getmiş. 1982-ci ildə yeddinci sinfi bitirmiş, C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Sonra Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər məktəbində təhsilini davam etdirmişdir.1989-cu ildə baş leytenant rütbəsi almış və təyinatla Volqoqrad hərbi hissələrindən birinə rota komandiri təyin edilmişdir. Bir
müddət sonra vətənə dönmüşdür. Əvvəlcə Bakinın Güzdək qəsəbəsində, sonra Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərmişdir. O, erməni işğalçılarınin torpaqlarımıza hücumu zamanı Füzuli, Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli, Şışqaya və Beylaqanda vuruşmuşdur. 11 dekabr 1993-cü ildə "Ağdaş" yüksəkliyi uğrunda gedən döyüşdə həlak olmuşdur.
Təzə Alvadı kəndində dəfn edilmişdir.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1993-cü il tarixli Fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş və 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə "Azərbaycan Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Təzə Alvadı kənd orta məktəbi və park qəhrəmanın adını daşıyır.


Yerləşdirilib: 23.11.2012 08:20 | Baxılıb: 1577 | ]]> +   -   Çap]]>
Bu bölmədə
19.12.2013
Din xadimləri
04.12.2013
Ədəbiyyat tarixi
Şərh əlavə etmək
* Adınız

* Mətn

 
© 2018 All right reserved www.masallilar.az Powered by Danneo