Masallı kitablarda
Masallı məqalələrdə
Masallıda folklor
Bu maraqlıdır
Masallının sərvətləri
Səhv tapmısınız?
Rəy sorğusu
Aktiv sorğu yoxdur
Axtarış
 

Masallının alimləri

Masallının alimləri haqqında məlumat


Əzizov Vəsadət Əli oğlu 1955-ci il dekabrın 22-də Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir.

1983-cü ildə Azərbaycan Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) “Daxili xəstəliklər” ixtisası üzrə aspiranturasına daxil olmuşdur. O, Moskva şəhərində Ümumittifaq Kardioloji Elmi Mərkəzdə 1985-ci ildə namizədlik və 1993-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

V.Əzizov 1994-1998-ci illərdə akademik C.Abdullayev adına Elmi-tədqiqat Kardiologiya institutunun direktoru vəzifəsində çalışmışdır. 1999-cu ildə АTU-nun II Daxili xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilmiş və hazırda həmin kafedraya rəhbərlik edir.

V.Əzizov 400-dən artıq çap olunmuş elmi işlərin, o cümlədən 24 dərslik, dərs vəsaiti, monoqrafiya, 4 metodik tövsiyə, 38 metodik işləmə, 3 müəlliflik səhadətnaməsi və 1 ixtiranın müəllifidir. Onun elmi işləri dünyanın bir çox ölkələrində çap olunmuşdur. Professor Vəsadət Əzizovun rəhbərliyi ilə 20 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmiş, 2 doktorluq və 1 namizədlik dissertasiyası sınaq müdafiəsindən keçmiş və açıq müdafiəyə tövsiyə olunmuşdur.

Hazırda professor V.Əzizovun rəhbərliyi altında 2 doktorluq və 2 namizədlik dissertasiya işi davam etdirilir. V.Əzizov bir neçə beynəlxalq elmi cəmiyyətlərin, o cümlədən Avropa kardioloqlar cəmiyyətinin fəxri üzvü, Dünyaın ürək dostları cəmiyyətinin, Türkdilli xalqların kardioloqlar cəmiyyətinin, İmmunoreabilitasiya və tibbdə reabilitasiya cəmiyyətinin, Rusiya ultrasəs müayinəsi mütəxəsisləri cəmiyyətinin üzvü, Avrasiya kardioloqlar cəmiyyətinin və Azərbaycan kardioloqlar cəmiyyətinin idarə heyətinin üzvüdür. О, uzun illər Türkiyədə çap olunan “Kardiologiya” jurnalının redaksiya heyətində təmsil olunmuşdur. Hazırda V. Əzizov “Kardiologiya” (Moskva), “Avrasiya kardiologoya jurnalı”, “Vizualizasiya v klinike” (Moskva) jurnallarının redaksiya şurasının, “Sağlıq olsun” (Bakı), “Sağlamlıq” (Bakı) jurnallarının redaksiya heyətinin üzvü, “Konsilium” jurnalının baş redaktor müavinidir. V.Əzizov Universitetin və I müalicə-profilaktika fakültəsinin elmi şurasının və ATU-nun nəzdində Dissertasiya şurasının üzvüdür.

V.Əzizov II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Tibb sahəsində model qanunların hazırlanmasındakı xidmətlərinə görə o, MDB ölkələri Parlamentlərarası Assambleasının Fəxri fərmanına layiq görülmüşdür.

______________________________________________________________________________________


Bahadur Hüseyn oğlu Tağıyev 1934-cü ildə Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının fizika institu direktorunun müavini işləmişdir.

Fizika-riyaziyyat elmləri doktorudur.

 

Elmi nəaliyyətləri:

Müxtəlif kristal quruluşu olan (zəncirvari, laylı, kubik və s.) elementar (selen) və mürəkkəb yarımkeçiricilərdə (GaSe, Ga2 Se3, EuGa2Se4, CaGa2 S4  və s.) 77300K temperatur intervalında, qüvvətli elektrik sahəsində (10-105  V/sm) elektrikkeçirmə mexanizminin yüksək daşıyıcıların injeksiyası və termoelektron ionlaşma ilə əlaqədar olması müəyyənləşdirilmişdir. Yüksək müqavimətli və enli zolaqlı yarımkeçiricilərdə injeksiya olunmuş yükdaşıyıcıların dərin tələlər tərəfindən tutulmaları ilə bağlı olan elektret və fotoelektret effekti aşkar edilmiş, bu effektlər əsasında müxtəlif çeviricilər hazırlanmış (mikrofon, seysmoqəbuledici və s.). Nadir torpaq elementləri ilə aktivləşdirilmiş CaGa2S4 tipli birləşmələr əsasında mexanizmi atomdaxili elektron keçidləri ilə bağlı olan sarı, mavi, yaşıl və qırmızı rəngli effektiv şüalanma alınmış, Bakı "Azərelektrik işıq" istehsalat birliyində həmin rənglərdə lümenessent lampaları istehsal olunmuşdur. Yapon alimləri ilə birlikdə dünyada ilk dəfə CaGa2S4:Eu2+ monokristallarında lazer alınmışdır.

 

Rusiya Elmlər Akademiyasının lümenessensiya şurasının üzvüdür.

 

"Şərəf nişanı" ordeni - 1986; V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar "Şərəfli əməyə görə" medalı - 1970; Azərbaycanın SSR Dövlət mükafatı laureatı - 1988; "Əmək veteranı" medalı ilə təltif olunmuşdur.

 


Yerləşdirilib: 22.10.2013 08:21 | Baxılıb: 1411 | ]]> +   -   Çap]]>
Bu bölmədə
19.12.2013
Din xadimləri
04.12.2013
Ədəbiyyat tarixi
Şərh əlavə etmək
* Adınız

* Mətn

 
© 2018 All right reserved www.masallilar.az Powered by Danneo