Masallı kitablarda
Masallı məqalələrdə
Masallıda folklor
Bu maraqlıdır
Masallının sərvətləri
Səhv tapmısınız?
Rəy sorğusu
Aktiv sorğu yoxdur
Axtarış
 

“Ümumirusiya Azərbaycan Konqresi”nin regional şöbəsinin müdiri, həmyerlimiz Ədalət Hüseynov

Həştərxanın ictimai-siyasi qazeti olan “Volqa” –nın bu il 103- cü sayında vilayət ÜAK şöbəsinin rəhbəri həmyerlimiz Ədalət Hüseynovla regionda azərbaycanlıların həyat və fəaliyyətinə həsr olunan “Bizə çəpər lazım deyil” sərlöhvəli maraqlı müsahibə dərc olunmuşdur.

 

Müsahibənin müəllifi jurnalist Marina Parenskayadır. Həştərxan regional şöbəsi “Ümumirusiya Azərbaycan Konqresi”nin ən tanınmış ictimai təşkilatıdır, regionda sabitliyin qorunub saxlanması üçün çox iş görmüşdür. Bu iş necə qurulub? ÜAK liderlərini düşündürən problemlər, nəhayət ictimai təşkilatdan aslı məsələlər? “Volqa”nın bu suallarına ÜAK regional şöbəsinin sədri Ədalət Hüseynov cavab verir. -Ədalət müəllim, bizim vilayət ayrı-ayrı millətlərin arasında dostluq, qarşılıqlı anlaşma münasibətilə həmişə fərqlənib, bu torpaqda müxtəlif xalqların nümayəndələri mehriban qonşuluq şəraitində yaşayırlar. Buna Azərbaycanlılar da aiddir. Həmyerlimizi Həştərxana bağlayan nədir. -Bizim münasibətlərimizin qədim tarixi, dörd əsrdən artıq yaşı var. Azərbaycanda Volqa sahilinə yolu tacirlər hələ XVI əsrdə salıblar. İnqilaba qədər Azərbaycan nefti dünya bazarına Həştərxan vasitəsilə çıxarılıb. O vaxtan xeyli həmvətənimiz Həşərxanda məskunlaşıb. Keçən əsrin 90 cı illərində də azərbaycanlıların Həştərxana gəlişi olub. Bu vilayətdə 20 min azərbaycanlı yaşayır, onların təhsil almaq, iş tapmaq, övlad böyütmək imkanları var. -Bilirik ki, Həşrəxana gələn azərbaycanılara ÜAK-nın regional şöbəsi də kömək edir. Sizə hansı məsələləri həll etmək lzım gəlir? -Sadə məişət qayğılarından tutmuş ciddi probləmlərə qədər hamısını. Soydaşlarımın vətəndarlıq, iqtisadi sosial hüquqlarını qorumaq üçün biz Dİİ-nin miqrantlarla iş şöbəsi, prokurorluq orqanları ilə əməkdaşləq edirik. Azərbaycanlı tələbələrin təhsil uğurlarını diqqətlə izləyir, şəraitlərinə kömək göstəririk. Gənclik ideyalarımızın daşıyıcısı olduğundan onun tərbiyəsinə millətlərarası mədəniyyət fövqündə milli dəyərlərinə yiyənlənməsinə kömək göstəririk. Bu işin nəticələri göz qabağındadır. Azərbaycnlı gənclər özünü cəmiyyətdə həmişə yaxşı cəhətdən göstərir, heç bir qanun pozuntularındaonların adı çəkilmir. Beynalxalq münasibətlərin möhkəmləndirilməsi ilə əlaqədar tədbirləri daha mühüm sayırıq. Tolerantlığa həsr olunan ayrı-ayrı “dəyirmi masa”larda fəal iştirak edirik. Yerli məsələlər barədə aktual mövzuda kütləvi informasiya vasitələrində çıxış edir, dostluq və qarşılıqlı anlama siyasətini fəal həyata keçiririk. Hesab edirəm ki, vətəndən uzaqda məhz milli diyasbor etnik siyasəti uğurla həyata keçirir və öz növbəsində millətarası münasibətlərin yaxşılaşmasına kömək edər, yeri gələndə ayrı-ayrı millətlərdən olan insanlar arasında münasibətlərdə yaranmış problemin həllinə kömək edə bilər. Məsələn 2006- ci ildə miqrasiya siyasətində dəyişiklik nəticəsində üç min soydaşımızın Həştərxandan köçürülməsi məsələsi ortaya çıxdı. Təşkilatımız çətinliyi aradan qaldırmaq üçün hər şeyi etdi, biz fedaral miqrasiya xidməti nümayəndələri ilə görüşdük, həmyerlilərimiz arasında izahat işləri aparmaqla bu işi yoluna qoyduq. -Məncə, bu gün ÜAK regional şöbəsi sadəcə ictimai təşkilat deyil, Azərbaycanın milli ənənələri və mədəniyyətinin Həşrərxan torpağında mərkəzidir. -İki il əvvəl biz “Çelovek və more” beynalxalq ekoleji münasiqəsinin təşkilatçılarından biri kimi Xəzəryanı ölkələr arasında dövlətlərarasında konfransın keçirilməsinə kömək etdik. Bu ilin yazında bizim fəal iştirakımızla regionlararası “dəyirmi masa” arxasında region cəmiyyətinin telorantlıq təcrübəsi barədə söhbət keçirildi. Bizim iki xalqın dostluq münasibtlərinin möhkəmləndirilməsinə dair gələcək planlarımız var. Xatırlayırıq ki, vaxtıilə ruslar və azərbaycanlılar bir ölkənin vətəndaşları var idilər. SSRİ-nin dağılması ilə biz bir- biri ilə sərhədlənən ölkələrin vətən daşları olduq... Azərbaycan və Rusiyanın tarixi münasibətləri var. Bunlar bu gün də yüksək səviyyədə davam edir. Bir çox azərbaycanlılar təkcə bizim ölkədə deyil, dünyada məhşurdur. Müslüm Maqamayev, yaxud Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov, Ümumirusiya Azərbaycanlar Konqresinin prezdenti Məhəmməd Əliyev, yaxud Azərbaycanın keçmiş mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı səfri Polad Bülbüloğlu... Azərbaycan torpağı xeyli talantlı insanlar yetişdirib ki, onarın arasında başqa millətlərdən olanı da çoxdur: məsələn, neft sanayesinin inkişafında böyük xidmətləri olan Sosialist Əməyi Qəhramanı Boris Vannikovdə və Sosialist Əməyi Qəhramanı Nikolay Baybakov, Nobel mükafatı laureatı, fizik Lev Landau, məşhur musiqiçi Mstislav Rostropoviç. Rusiya – Azərbaycan münasibətlərinin Həştərxan səhifəsində də çoxlu məşhur insanların adı yazılıb ki, bu, ümumi tariximizin hissəsidir. Mənə xoşdur ki, vətənim Azərbaycanda rus gəncləri assosiasiyası yaradılıb, Bakıda keçirilən dini liderlərin sammitində Moskvanın və bütün Rusiyanın patriarxı Kirill iştirak edib. Azərbaycanın ən gözəl kəndlərindən olan İvanovka rus xalqının qədim adət-ənənələrini yaşadır. Bütün bunlar bizim bir-birimizə lazım olduğumuzun gözəl arqumentləridir... Mən hesab edirəm ki, hər birimiz öz yerimizdə xalqların qarşılıqlı dostluq münasibətlərinin möhkəmlən Məsinə kömək göstərməliyik. Bu tolerantlıq münasibətlərinin sadə formuludur. -Heydər Əliyevin Həştərxandakı abidəsi də bu formula daxildir? -Əlbəttə. Xatırladmaq istəyirəm ki, 2004-cü ildə Həştərxan vilayətində görkəmli maarifçi, yazıçı, həkim və dövlət xadimi Nəriman Nərimanov abidəsi açıldı. Bu işıqlı şəxsiyyət burada işləyərkən həşdərxanlılar üçün çox iş görmüşdür. Yuxardakı formulaya oktyabr ayında Bakıda və Sumqayıtda Həştərxan quberniyasının mahnı və rəqs ansanbıllarının uğurlu qastrolunu da əlavə etmək olar. Mədəni dialoqlar effektiv siyası söhbətlərə dönür. Azərbaycan incəsənət ustaları da dəfələrlə Həştərxanda konsertlər vermişlər. Azərbaycan komandasının KVN-Həştərxan yarışlarında iştirakını da yada salmaq istəyirəm. Mən bir neçə dəfə çıxışına baxmışam, qənayətim budur ki, gənclər bir-birini başa düşməkdə bizdən daha yaxşı qabiliyyətə malikdirlər, çünki, onları yumor birləşdirir ki, bu çox güclü hissdir. Azərbaycan xalqının Ümmulli Lideri Heydər Əliyevin abidəsinin ucaldılması xalq məhəbbətində yaranıb. Abidənin qoyulmasında təşkilatımızın da təşəbbüsü olub və bu təşəbbüsü Həştərxan vilayətinin rəhbərliyi müdafiə edib. Bu yüksək qonşuluq münasibətləri yolunda atılan addımdır, görkəmli siyasi xadimin xalqa danılmaz xidmətlərinin əlamətidir. Oktyabrda KPK “Daur” rayonunda abidə qoyulması planlaşdırıldığı vaxt Azərbaycan tərəfi ərazi hazırlıq işlərini üzərinə götürdü və park zonasında səliqə-sahman yaratdı. Biz Nərimanov şəhərində də səliqə-sahman işləri görülməsinə fəal iştirak etmişik. Bundan əlavə Həştərxanın Bakı küçəsindəki 11 saylı məktəbdə təmir işləri görmüşük. Bu, regionun abadlaşdırılmasına töhfəmizdir. Biz burada yaşayır və özümüzü millətindən asılı olmayaraq bütün Həştərxanlıların iştirak etdiyi tədbirlərə qoşulmağa borclu bilirik. -Sizin regional təşkilat “Kaspiyskaya meçta” jurnalistlər üçün müsabiqə elan etmişdir. Mətbuat konfransında Siz bunu belə açıqlamısınız ki, Heydər Əliyevin vəsiyətlərini yerinə yetiririk. Ulu öndərin vəsiyətləri nədən ibarətdir? -Müsabiqənin sorağı tezliklə hər tərəfə yayılıb. Jurnalistlərin işlərini münsiflər heyəti qiymətləndirəcəkdir. Ona tanınmış Moskva jurnalisti, “Azerbaydjanskiy Konqress” həftəlik qəzetinin şöbə müdiri başçılıq edir. Heydər Əliyevin vəsiyyətlərinə gəlincə o, Azərbaycanı Rusiya ilə, rus xalqı ilə həmişə bir yerdə olmağa çağırırdı. Azərbaycanda və Rusiyada Heydər Əliyevə böyük, ölçüyəgəlməz məhəbbət var, onu hamı sevir. O, müdrik siyasətçi idi. Xalqımız onu Ümummilli Lider hesab edir. Onun Rusiyaya da alovlu məhəbbəti vardı. Düşünürəm ki, onun bu məhəbbəti Azərbaycan xalqının Sizə, Rusiyaya münasibətini təyin edir. Bizdə belə bir məsəl var: qonşu qonşu olsa bağ çəpəri neynər? Siz bizim üçün sadəcə qonşu deyil, əsil mənada doğma adamlarısınız. Elə buna görə də çəpərlər bizə lazım deyil. İnanmaq istəyirəm ki, sizə də həmçinin... Qeyd etmək istəyirəm ki, bzim Rusiyanın Həştərxan vilayətindəki diasporumuzun fəaliyyəti yüksək səviyyədə yüksək qiymətləndirilib. HAŞİYƏ: Azərbaycan Respubilkasının Prezdəninenti cənab İlham Əliyev 6 mart 2012-ci il tarixi sərəncamı ilə Rusiya Federasiyası Həştərxan vilayət ÜAK regional şöbəsinin müdiri, ÜAK Mərkəzi Şurasının üzvü Ədalət Abuş oğlu Hüseynovu Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin inkişafında xidmətinə və diaspora quruculuğundakı fəaliyyətinə görə III dərəcəli “Vətənə vidmətə görə” ordeni ilə təltif edilmişdir. Ədalət Abuş oğlu Hüseynov 1947-ci ildə Masallı rayonunun Qızılağaç kəndində anadan olmuşdur. Gənclik illərində istehsalatda çalışmış, kitabxanaçı, jurnalist, komsomol komitəsində işləmişdir. Xüsusilə DTK orqanlarında fəaliyyəti ilə fərqlənmişdir. Həştərxanda o, 30 ildir yaşayır. SSRİ DTK-nın Həştərxan vilayətində çalışmış, polkovnik rüdbəsində istefaya çıxmışdır. Az adam tapılar ki, bu ölkəni onun tək tanısın. Onun məsləhətləri bir sıra problemlərin, xüsusilə millətlərarası münasibətlərdəki problemin həllinə fayda verir. O, regionda öz tükənməz nüfuzundan istifadə edir və sözsüz ki, ölkəmizdəki bütün azərbaycan diasporasında hörməti var. Ədalət müəllim haçan həmvətənlərinə müraciət edir, onu başa düşüb, sözünə əməl edirlər. Ona görə ki, ona inanırlar. Bilirəm ki, özü üçün heç nəyi xahiş etməz. Həmişə birbaşa keçməyin tərəfdarıdır. O, müstəqil fikri, dönməz xarekteri ilə fərqlənir, həqiqəti deməkdən, açıq danışmaqdan qorxmur, rəsilərə yaranmir.Bir neçə il əvvəl o, ÜAK– in RF üzrə Cənub Federal dairəsi regional şöbəsinin Rostova keçirilən yiğincağında demişdi: “Əgər biz burada bir-birimi tərifləmək üçün yığılmışıqsa, problemin mövcud olduğunu üzdə nümayiş etdiririksə, mən burada iştirak etmək istəmirəm” Onun çıxışı bütün tədbir iştirakçılarının hamısında xoş təəssürat yaratdı. Həştərxan regional şöbəsi ÜAK-ın ən təşkilatlarından sayılır. Onun aktivində çoxlu işlər var ki, bu barədə yazıda məlumt vermişik. ÜAK-ın Həştərxan şöbəsi çoxsaylı ideyaların təşəbbüsçüsüdür. Azərbaycan Respubilkasında və Həştərxan vilayətində reallaşan bəzi uzunmüddətli iqtisadi proqram və lahiyələr təklif edib. Ədalət Hüseynov 2007- ci ildə Ümumirusiya Azərbaycan Konqresinin təşəbbüsü ilə “İlin adamı” naminasiyasının qalibi olub. 2011-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. Qəzetinin elə sayı yoxdur ki, biz Həştərxan regional təşkilatı barədə məlumat verməyək. Belə vaxtlarda söhbət ÜAK-ın Xarabali rayonunda şöbəsini yaratmaqdan, yaxud vilayət mərkəzində rus-azərbaycan dostluğu körpüsünün tikintisindən Azərbaycan və Rusiya arasında əməkdaşlığın möhkəmlənməsi yolunda, o cümlədən iqtisadi sahədə təşəbbüslərdən, Həştərxan Azərbaycanlılar Cəmiyyətində, ÜAK-da Ədalət Hüseynovun fəxri yeri var.

 


"Onlar Masallıdandır" saytına təqdim etdi:
Əlihüseyn Şükürov

Yerləşdirilib: 07.02.2013 11:24 | Baxılıb: 542 | ]]> +   -   Çap]]>
Şərh əlavə etmək
* Adınız

* Mətn

 
© 2018 All right reserved www.masallilar.az Powered by Danneo