Masallı kitablarda
Masallı məqalələrdə
Masallıda folklor
Bu maraqlıdır
Masallının sərvətləri
Səhv tapmısınız?
Rəy sorğusu
Aktiv sorğu yoxdur
Axtarış
 

Təzə kitabın sevinci...Həmvətənlimizin Murmanskıda “Ömür keçdi, gün keçdi...” adlı kitabının disputu keçirilmişdir.

Təzə kitab birinci sevgi kimi əzizdir, doğmadır, yaddaqalandır. Mən bunu Əlihüseynin kitabını uzaq Şimalda, Murmansk şəhərində əlimə alanda bir daha hiss etdim, bildim, çox sevindim və bu sevinci onu tanıyanlarla da birlikdə bölüşdük, bir araya gəlib Murmansk vilayəti "Ümumrusiya Azərbaycan Konqresi"nin fəalları ilə birlikdə soydaşımızın yeni kitabının disputunu keçirtdik. İlkin sözü mən danışdım. Dedim ki, mənimçün fərqi yoxdur, bir insan harda doğulmağından asılı olmayaraq soydaşımızdırsa, yaradıcıdırsa, o , əzizdir. İndi bizim yüz cür kitablarla bərabər diasporumuzun fəal üzvü, əsl azərbaycanlı, vətənpərvər ziyalı Əlihüseynin də “Ömür keçdi, gün keçdi...” kitabı stolumuzun, rəflərimizin bəzəyi olacaqdır... Xatırladım ki, bu kitab mənim gözlərimin önündə hazırlanıb, "ətə - qana" dolub, 200 səhifəlik “Ömür keçdi, gün keçdi...” adlı monumental bir sənədli kitab ərsəyə gəlib və oxuculara çatdırılıb. Yeni kitab Bakı şəhərində, “Elm və təhsil” nəşriyyatında 500 ədəd tirajla çapdan çıxmışdır. Beynəlxalq jurnalist – politoloq Əlihüseyn Şükürovun “Ömür keçdi , gün keçdi...” adlı bu kitabı gözəl Muğan elinin ağsaqqalı, kolxoz qurucusu – Masallı rayonundakı “Pravda” kolxozunun (Çaxırlı kəndi) 30 ildən çox sədri içləmiş, Masallı Rayon Partiya Komitəsinin sabiq büro üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı, keçmiş SSRİ məkanında yaxşı tanınan, Lenin ordenli Qəni Almaz oğlu Əmiraslanovun müqəddəs ruhuna və unudulmaz xatirəsinə ithaf olunan yeganə sənəd nümunəsidir. Kitab sadə dildə yazılmış və retro foto-şəkillərdən istifadə olunmuşdur. “Ömür keçdi, gün keçdi...” adlı bu kitabda Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin mənbəəli sözlərindən istifadə edilmişdir. Müəllif qəhrəmanının həyatı, əməyi və fəaliyyətini açıq şəkildə göstərməyə səy etmişdir. Kitabda Qəni Əmiraslanov tanınmış rəhbər, ictimaiyyət üçün qiymətli şəxsiyyət və el ağsaqqalı kimi dəyərləndirilir. Onun ömür yolu hər birimizə, müasir Azərbaycan gəncliyi üçün örnək, nümunədir. Həmvətənlimizin yeni kitabına həsr olunmuş tədbirdə sahibkarlar, tələbələr, müəllimlər, hökümət və bələdiyyə işçiləri iştirak etmişlər. Çıxış edənlərdən Sadiq Salmanov, Faxrəddin İbadov, Şəmşir Şükürov, Vüsal İbrahimov, Elvin Hüseynov, Yaqub Şükürov, Xaləddin Cəfərov da tanıdıqları, hər gün rastlaşdıqları və kef-əhval tutduqları yaradıcı insanın haqqında xoş söz söyləmişlər. Tədbir iştiraçılarına “Ömür keçdi gün keçdi...” kitabı, həmçinin H.Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfrliyinin, Sankt-Peterburq şəhərindəki Azərbaycan Baş Konsulluğunun, bir çox redaksiyaların nəşrləri paylanmışdır. Murmansk vilayəti "Ümumrusiya Azərbaycan Konqresinin"ə ünvanladığı müxtəlif kitablar, jurnallar və qəzetlər paylanmışdır. İndi öz təəssüratlarımı bizimçün doğma və əziz olan AzərTAc və Azərdaycan KİV - lərilə bölüşürəm ki, bunu hamı bilsin. Azərbaycanın ən hörmətli, ən şəffaf informasiya məkanı soydaşlarımızın hər bir uğurlu xəbərini bütün dünyaya yayır. Bunun da səbəbkarı məhz kitabı haqqında ürəklə, canla söhbət açdığım Ə.Şükürovdur. Azərbaycanın və Rusiyanın Yurnalistlər İttifaqının üzvü, "Qızıl Qələm" mükafatı laureatı, jurnalist, tərcüməçi Ə. Şükürov 19 mart 1960-cı ildə Masallı rayonunun Yeddioymaq sovetliyinin Qasımlı kəndində anadan olmuşdur. Bakıda, Moskvada ali təhsil almış , Rusiya Federasiyasınin Prezidenti yaninda Ali İdarəçilik Akademiyasını və s. bitirmişdir. 27.08.2004 - cü ildən Yeni Azərbaycan Partiyasinin üzvü, Murmansk Vilayəti Qubernatorunun yanında Millət Məsələləri üzrə Məsləhət Şurasının üzvüdür. Komsomol, partiya, mətbuat və təsərrüfat orqanlarında işləmişdir. Hazırda Əlihüseyn Şükürov Murmansk vilayəti "Ümumrusiya Azərbaycan Konqresinin" Mətbuat, informasiya və ictimaiyyətlə iş mərkəzinin rəhbəridir. Rusiya Federasiyasının Murmansk vilayətində çəkilən "Novruz 2008" televiziya filminin ssenari müəllifidir. “Ömür keçdi, gün keçdi...” adlı bu kitabın baş redaktoru , Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” media mükafatı laureatı İbrahim Məmmədhüseyn oğlu, rəyçiləri isə “Respubilka” qəzetinin məsul katibi İlham Paşayev və Murmansk Vilayəti İctimai Palatasının üzvü və ərazi “Ümumrusiya Azərbaycan Konqresi”nin sədri Afil Hüseynovdur. Afil HÜSEYNOV, RF Murmansk Vilayəti İctimai Palatasının üzvü və ərazi “Ümumrusiya Azərbaycan Konqresi”nin sədri.

Yerləşdirilib: 18.10.2013 20:16 | Baxılıb: 614 | ]]> +   -   Çap]]>
Bu bölmədə
13.12.2013
tesat7
13.12.2013
test5
26.11.2013
Tədbir keçirilib
29.10.2013
Mübariz Mənsimov
29.10.2013
Rahid Ulusel
22.10.2013
Gülağa Tənha
22.10.2013
Bağır Bağırov
Şərh əlavə etmək
* Adınız

* Mətn

 
© 2018 All right reserved www.masallilar.az Powered by Danneo