Masallı kitablarda
Masallı məqalələrdə
Masallıda folklor
Bu maraqlıdır
Masallının sərvətləri
Səhv tapmısınız?
Rəy sorğusu
Aktiv sorğu yoxdur
Axtarış
 

Vaqif Əziz oğlu Yusifli

Vaqif Əziz oğlu Yusifli 1948-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə bitirmiş (1966), ADU-nun filologiya fakültəsində təhsil almışdır (1967-1972). 1968-ci ildən dövri mətbuatda çıxış edir. Universiteti bitirdikdən sonra üç il (1972-1975) Masallı rayonunda, orta məktəblərdə dil-ədəbiyyat müəllimi işləmişdir. 1975-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1979-cu ilin oktyabr ayında «Müasir Azərbaycan nəsrində konflikt və xarakter» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ilin dekabr ayından «Azərbaycan» ъurnalının tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi fəaliyyətə başlamış, 1997-ci ilin noyabrından həmin ъurnalın baş redaktor müavini vəzifəsinə təyin edilmişdir. 2002-ci ildən 0,5 ştat vahidi ilə Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi kimi də çalışmaqdadır. 2011-ci ildə «Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Vaqif Yusifli müasir ədəbi prosesdə fəal iştirak edən görkəmli tənqidçilərdən biridir. Onun ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş 1000-ə qədər irili-xırdalı məqaləsi vardır. Bu məqalələr keçən əsrin ikinci yarısından başlayaraq Azərbaycan nəsrinin, poeziyasının, dramaturgiyasının və ədəbi tənqidinin inkişaf prosesini, mənzərəsini əks etdirir. O, tənqidin müxtəlif ъanrlarında (problem məqalə, esse, resenziya, ədəbi məktub, icmal və s.) qələmini sınamışdır. Məqalələri Azərbaycanın hüdüdlarından kənarda-Türkiyədə və Almaniyada da çap olunmuşdur. Respublikanın Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür (2003). Beynəlxalq Rəsul Rza mükafatı və Məmməd Araz ədəbi mükafatı laureatıdır.

Yerləşdirilib: 22.10.2013 16:06 | Baxılıb: 440 | ]]> +   -   Çap]]>
Bu bölmədə
13.12.2013
tesat7
13.12.2013
test5
26.11.2013
Tədbir keçirilib
29.10.2013
Mübariz Mənsimov
29.10.2013
Rahid Ulusel
22.10.2013
Gülağa Tənha
22.10.2013
Bağır Bağırov
22.10.2013
İsmayıl Babayev
Şərh əlavə etmək
* Adınız

* Mətn

 
© 2018 All right reserved www.masallilar.az Powered by Danneo