Masallı kitablarda
Masallı məqalələrdə
Masallıda folklor
Bu maraqlıdır
Masallının sərvətləri
Səhv tapmısınız?
Rəy sorğusu
Aktiv sorğu yoxdur
Axtarış
 

Elmira Hüseyn qızı Axundova

Elmira Axundova 1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olmuşdur. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnmişdir. Sonra ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1976). İlk bədii tərcüməsini - Hüseyn İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirmişdir. Əmək fəaliyyətinə stenoqrafçı kimi başlamışdır (1971), sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977-1980) olmuşdur. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləmişdir (1980-1988). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olmuşdur (1988-1991). "Literaturnaya qazeta"nın (1990-1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993-2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilmişdir (1991). Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvüdür (1995-ci ildən). Hazırda Bakı Slavyan Universitetinin tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrasının dosentidir (2002-ci ildən). Onun tərtib və tərcümə etdiyi "Azərbaycanın gənc nəsri" antologiyası 1984-cü ildə "Yazıçı" nəşriyyatında kütləvi tirajla buraxılmışdır. Burada gənc Azərbaycan nasirlərinin seçmə hekayələri toplanmışdır. Son illər bədii publisistika janrında məhsuldar yaradıcılığı ilə seçilir: Rus dilində "Fərmanla əfv edilmişdir..." (2000), "Poliqrafçının ölümü" (2001), "Həqiqət anı" (2003), "Əlövsət Quliyev: o tarix yaradırdı" (2003, şərikli), "Bu bizik" (2003), "Yaşamaq əyyamı" (2003) kitabları kütləvi tirajla buraxılmışdır. Moskvada 1984-cü ilin mayında keçirilən gənc yazıçıların 8-ci Ümumittifaq müşavirəsində olmuş, Azərbaycan Yazıçılar İttifaqının bir sıra ədəbi tədbirlərinin təşkilati hazırlığında və keçirilməsində bilavasitə iştirak etmişdir. Xarici və rus mətbuatında müntəzəm çıxış edir.

Yerləşdirilib: 22.10.2013 16:38 | Baxılıb: 661 | ]]> +   -   Çap]]>
Bu bölmədə
13.12.2013
tesat7
13.12.2013
test5
26.11.2013
Tədbir keçirilib
29.10.2013
Mübariz Mənsimov
29.10.2013
Rahid Ulusel
22.10.2013
Gülağa Tənha
22.10.2013
Bağır Bağırov
22.10.2013
İsmayıl Babayev
Şərh əlavə etmək
* Adınız

* Mətn

 
© 2018 All right reserved www.masallilar.az Powered by Danneo