Masallı kitablarda
Masallı məqalələrdə
Masallıda folklor
Bu maraqlıdır
Masallının sərvətləri
Səhv tapmısınız?
Rəy sorğusu
Aktiv sorğu yoxdur
Axtarış
 

Rahid Ulusel

Ədəbi müəllif təxəllüsü Rahid Ulusel olan ( Rahid Süleyman oğlu Xəlilov) - 1954-cü ilin 13 avqustunda Masallı rayonunun Kəlbəhüseynli (keçmiş adı: Qaladibi) kəndində doğulmuşdur.
1975 -ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1975-2001-ci illərdə müəllim, İcra Hakimiyyəti başçısının müavini, baş redaktor vəzifələrində çalışmışdır.
1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasında namizədlik, 2007-ci ildə Bakı Dövlət Universitetind ə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1990-cı ildə “Humanitariya metasistemi” konsepsiyasına görə keçmiş SSRİ Təhsil Nazirliyinin medalına layiq görülmüşdür.
2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasın ın baş elmi işçisi və Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşıdır. 2005-2007-ci illərdə Qərb Universitetind ə fəlsəfə və kulturologiya üzrə mühazirələr aparmışdır.
2005-ci ildə “Qlobalistika və Sivilizologiya” Elmi Araşdırmalar İctimai Birliyini təsis etmişdir. Prezidenti olduğu bu təşkilat 2011-ci ildə Azərbaycanda və bütün Cənubi Qafqazda ilk elmi qurum olaraq Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasına üzv qəbul edilmişdir. Rahid Ulusel 1989-cu ildən keçmiş SSRİ Yazıçılar İttifaqın ın üzvü, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olmuşdur.
Hazırda Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2009-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasın ın Fəlsəfə , Sosiologiya və Hüquq İnstitutunun Dissertasiya Şurasının üzvü, 2010-cu ildən Biokosmologiya Assosiasiyasın ın Təşkilat Komitəsinin (Rusiya) üzvü, Biokosmologiya Assosiasiyasının Asiya üzrə vitse-prezidenti, “Biokosmologiya – neo-Aristotelizm” jurnalının Redaksiya Heyətinin üzvüdür.
XXII Dünya Fəlsəfə Konqresi ( Koreya , Seul , 2008), VIII Dünya Konqresi (İsveç, Stokholm, 2010), II Beynəlxalq Konfrans ( ABŞ , Harvard Universiteti , 2011) və bir sıra digər beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasın ın maliyyə yardımı ilə “Azərbaycanın dünya birliyinə inteqrasiyası: Mədəniyyətlərin İpək Yolu” (2009) layihəsini həyata keçirmiş, layihə çərçivəsində müvafiq kitabları çap etdirmişdir. Dövri mətbuatda esseləri və əsasən, elmi jurnallarda fəlsəfə , estetika , kulturologiya , filologiya problemlərinə dair 200-dən çox məqaləsi, 17 kitab və monoqrafiyası çap olunmuşdur.

Əsərləri
* Современная Азербайджанская философская лирика (rusca). Баку: 1985;
* Qloballaşma çağında milli özünüdərketmə və geostrategiya. Bakı: Azərbaycan Milli Ensiklopediyası, 2002. ISBN 5-89600-370-6
* Küreselleşme Sürecinde ABD-Türkiye-Azerbaycan Ortaklığı ve Buna Rusi-ya’dakı Felsefi-Politoloji Yaklaşım, (türkcə) // 2023 futuroloji dergisi, Ankara, 2003, Dekabr.
* Mədəniyyətlərin İpək Yolu: Azərbaycandan dünya məkanına. Bakı: Təhsil, 2003
* Mədəniyyət və Texnosivilizasiya. Bakı: Azərbaycan Milli Ensiklopediyası, 2003. ISBN 5-896000-372 -2
* Qloballaşma və Türk sivilizasiyası. Bakı: Çaşıoğlu, 2005. ISBN 5-8066-1661-4
* Qloballaşma və harmoniya fəlsəfəsi. Bakı: Elm, 2005. ISBN 5-8066-1661-4
* Философия гармонии в культурах исламского Востока и западного Ренессан са (rusca) // Проблемы восточной философии, 2005-2006, № 1-2
* Civilizology as a New Scientific Field (ingiliscə) // Азербайджан в мире, 2006, № 1
* Globalization and Turkic Civilization (ingiliscə) // Азербайджан в мире, 2006, № 1
* Kainat – Hüceyrə, Hüceyrə – Kainatdır. Bakı: Sabah, 2008. ISBN 5-86106-117-3
* Paradigmal Rethinking of World Development towards Global Civilization. // The XXII World Congress of Philosophy. Seoul National University, 2008
* Homouniversalism // Third Global Civilization World Congress (Web Conference) (ingiliscə və çincə).
* The Turks in the Civilizational Evolution of Eurasia // Problems of Art and Culture. International Scientific Journal, Baku, 2009, №4 (30). ISBN 978-9952-445-12-1
* Esseistika. Bakı: Avropa, 2009. ISBN 8032-9952-8032-3-5
* Müasir Azərbaycan tənqidi. Bakı: Elm, 2009. ISBN 978-9952-453-17-1
* Həyat və düşüncə ritmləri. Bakı: Çaşıoğlu, 2009. ISBN 978-9952-27-141-6
* Ustad Rəsul Rza. Fəlsəfə və Poeziya: Dünya və Azərbaycan klassikasında onların vəhdəti. Bakı: Letterpress, 2010
* Azərbaycanın beynəlxalq münasibətləri: siyasətdən mədəniyyətədək. Bakı: İdeal-Print, 2010. ISBN 978-9952-447-057
* Homouniversalism as an Integral Idea of the Multicivilizational World (ingiliscə) // International Journal of Arts and Sciences (IJAS), 2011, Vol. 4, No.23, ISSN: 1944-6934
* Qloballaşma və müasir ədəbiyyatın fəlsəfi-estetik problemləri. Bakı: Qoliaf Qrup,
* 2012. ISBN 978-9952-455-10-2

Tərcümələri
* Klassika (F. Laroşfuko , B. Paskal , İ.V. Höte , R.U. Emerson , O. Roden , R. Taqor C.X. Cibran , C. Meriç və A. Platonovun əsərlərindən seçmələr). Bakı: Avropa, 2008. ISBN 8032-9952-8032-3-5
* Biz və dünya (Dünya klassikasından seçmələr). Bakı: Sabah, 2009. ISBN 5-806106-041 -X
* Yuri Borev . Estetika. Bakı: Təhsil, 2010

"Onlar Masallıdandır" saytına təqdim etdi:
Əlihüseyn Şükürov.

Yerləşdirilib: 29.10.2013 12:12 | Baxılıb: 713 | ]]> +   -   Çap]]>
Bu bölmədə
13.12.2013
tesat7
13.12.2013
test5
26.11.2013
Tədbir keçirilib
29.10.2013
Mübariz Mənsimov
22.10.2013
Gülağa Tənha
22.10.2013
Bağır Bağırov
22.10.2013
İsmayıl Babayev
Şərh əlavə etmək
* Adınız

* Mətn

 
© 2018 All right reserved www.masallilar.az Powered by Danneo