Masallı kitablarda
Masallı məqalələrdə
Masallıda folklor
Bu maraqlıdır
Masallının sərvətləri
Səhv tapmısınız?
Rəy sorğusu
Aktiv sorğu yoxdur
Axtarış
 

Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe Masallıda

13 sentyabr 2013-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətində “Güllütəpə kəndində tibb məntəqəsnin tikinitisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilmişdir.Layihənin imzalanma mərasiminə həsr olunmuş tədbiri açan “İnkişaf 2006” təşkilatının icraçı direktoru Füzuli Abıyev rayon rəhbərlini, səfiri və onun xanımını salamlamışdır. Bildirmişdir ki, layihənin əsas məramı Masallının Güllütəpə kəndi və ona qonşu beş kənddə sakinlərin ümumilikdə 6800 nəfərin tibbi xidmətdən istifadəsi üçün şərait yaratmaqdır. Bu layihəyə Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi məbləği 110,957 ABŞ dolları təşkil edir. Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe qeyd etmişdir ki, bu layihə də daxil olmaqla Masallıda iki layihə üzrə qrant müqaviləsi imzalanmışdır. Yaponiya hökuməti tərəfindən 2003-cü ildə Masallı rayonunun Mollaoba kəndində məktəb binasının tikintisi üçün 74 min 082 ABŞ dolları qrant ayrılmışdır. Bildirilmişdir ki, “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” bələdiyyələr, tibb institutları və QHT-lərin birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standardlarının yaxşılaşdırılması olan layihələrini dəstəkləyir. Yaponiya hökumətinin Azərbaycanda həyata keçirdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” çərçivəsində “Masallının Güllütəpə kəndində tibb məntəqəsnin tikinitisi” layihəsi üzrə qrant müqaviləsini Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe, Azərbaycan tərəfindən “İnkişaf 2006” təşkilatının icraçı direktoru Fizuli Abiyev imzalamışlar. Sonda Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək ölkəmizdə yerli əhəmiyyətli sosial məsələlərin həllinə göstərilən böyük dəstəyə görə layihənin icraçılarına, Səfirə, Yaponiya hökumətinə minnətdarlığını bildirərək, xalqın milli dəyərlərini özündə əks etdirən hədiyyə və suvenerləri qonaqlara təqdim etmişdir

Yerləşdirilib: 13.09.2013 12:25 | Baxılıb: 456 | ]]> +   -   Çap]]>
Bu bölmədə
Şərh əlavə etmək
* Adınız

* Mətn

 
© 2018 All right reserved www.masallilar.az Powered by Danneo