Masallı kitablarda
Masallı məqalələrdə
Masallıda folklor
Bu maraqlıdır
Masallının sərvətləri
Səhv tapmısınız?
Rəy sorğusu
Aktiv sorğu yoxdur
Axtarış
 

Prezident İlham Əliyev Masallıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir

Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, birinci mərtəbədə internet kafe və 3D kino zalı fəaliyyət göstərir. Mərkəzin ikinci mərtəbəsində isə məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər yaradılmışdır. Rəsm studiyası, fotostudiya, xalq sənətkarlığı otağı da məhz belə dərnəklərdəndir. Bildirildi ki, mərkəzdə yaradılan xalq sənətkarlığı otağında Azərbaycanın qədim musiqi alətləri və xalçaçılıq nümunələri nümayiş etdirilir. Elektron kitabxanada isə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs olunan, o cümlədən Azərbaycan tarixini, ədəbiyyatını və mədəniyyətini özündə əks etdirən elekton vəsaitlər yer almışdır. Prezident İlham Əliyev Mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirdi.

Yerləşdirilib: 04.09.2013 12:25 | Baxılıb: 343 | ]]> +   -   Çap]]>
Bu bölmədə
Şərh əlavə etmək
* Adınız

* Mətn

 
© 2018 All right reserved www.masallilar.az Powered by Danneo